Tarix:28/11/12
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, "Windows 8" ƏS-i “Microsoft”un həm ənənəvi fərdi kompüter, həm də planşetlərlə iş üçün optimallaşdırılmış birinci stolüstü platformasıdır. Qeyd edək ki, onun sələfi “Windows 7” ƏS-i planşet seqmentində populyarlıq qazana bilmədi.
"Səyahət yalnız indi başlayır və mən indiyə qədər “Windows 8” üçün 40 milyon lisenziya satmağımızı elan etməkdən şadam" – “Microsoft”un “Windows” hazırlaması üzrə bölməsinin maliyyə direktoru Tami Reller hər il keçirilən “Credit Suisse” texnologiya konfransında bildirib. Reller, həmçinin marketinq və dünyada tanınmış əməliyyat sisteminin satışlarından cavabdehdir.
“Microsoft”un məlumatına görə, “Windows 8” hazırda sələfi “Windows 7”-ni birinci ay ərzində təkmilləşdirmələrin sayının artım tempinə görə üstələyir. Müqayisə üçün qeyd edək ki, “Microsoft” korporasiyası 2009-cu ildə oktyabrın sonundan dekabrın sonunadək müddət ərzində “Windows 7” üçün 60 milyon lisenziya satdığını elan etmişdi. Xatırladaq ki, “Microsoft” korporasiyası “Windows 7” ƏS-nin çıxarılması anından 670 milyondan çox lisenziya satıb.
EMİL
Windows 8” üçün 40 milyondan çox lisenziya satılıb
“Microsoft” korporasiyası “Windows 8” əməliyyat sistemi (ƏS) üçün 40 milyondan çox lisenziya satıb. Bu barədə “Windows”un rəsmi bloqunda məlumat verilib.“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, "Windows 8" ƏS-i “Microsoft”un həm ənənəvi fərdi kompüter, həm də planşetlərlə iş üçün optimallaşdırılmış birinci stolüstü platformasıdır. Qeyd edək ki, onun sələfi “Windows 7” ƏS-i planşet seqmentində populyarlıq qazana bilmədi.
"Səyahət yalnız indi başlayır və mən indiyə qədər “Windows 8” üçün 40 milyon lisenziya satmağımızı elan etməkdən şadam" – “Microsoft”un “Windows” hazırlaması üzrə bölməsinin maliyyə direktoru Tami Reller hər il keçirilən “Credit Suisse” texnologiya konfransında bildirib. Reller, həmçinin marketinq və dünyada tanınmış əməliyyat sisteminin satışlarından cavabdehdir.
“Microsoft”un məlumatına görə, “Windows 8” hazırda sələfi “Windows 7”-ni birinci ay ərzində təkmilləşdirmələrin sayının artım tempinə görə üstələyir. Müqayisə üçün qeyd edək ki, “Microsoft” korporasiyası 2009-cu ildə oktyabrın sonundan dekabrın sonunadək müddət ərzində “Windows 7” üçün 60 milyon lisenziya satdığını elan etmişdi. Xatırladaq ki, “Microsoft” korporasiyası “Windows 7” ƏS-nin çıxarılması anından 670 milyondan çox lisenziya satıb.
EMİL
Baxış sayı: 1782
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)