12px13px15px17px
Tarix:29/11/12

Gələn ilin əvvəlindən avtobuslarda kart ödəniş sisteminin tətbiqinə başlanılacaq

Nəqliyyat Nazirliyi gələn  ilin əvvəlindən avtobuslarda kart ödəniş sisteminin tətbiqi üzrə işlərə başlayır. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. Onun sözlərinə görə, bu yaxınlarda nazirlikdə ictimai nəqliyyatda qabaqcadan ödəniş sisteminin tətbiqi məsələləri ilə əlaqədar müzakirələr keçirilib.

Toplantıda avtobuslarda kart sisteminin tətbiqinin aktivləşdirilməsi və sürətləndirilməsi prosesi ilə bağlı bütün zəruri tapşırıqlar verilib. "Bu proses vaxt tələb edir və yaxın 3 ayda bu istiqamətdə işlər sürətləndiriləcək. Məqsəd 2013-cü il ərzində yeni ödəniş sisteminin tətbiqinə başlamaqdır", - Həsənov qeyd edib.

Onun sözlərinə görə, xüsusən turniketlərin və kartların hesablanması üzrə aparatların, yükləmə üzrə terminalların quraşdırılması, kartların sifarişi, ictimai nəqliyyatdan çıxış və giriş sistemlərinin müəyyənləşdirilməsi məsələləri açıq olaraq qalır.

Yeni sistemin tətbiqi çərçivəsində nəzərdə tutulan işlərin həcminə baxmayaraq, nazirlik artıq gələn il sistemin tətbiqinə başlamağı planlaşdırır.

RƏVAN



Baxış sayı: 939

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024