12px13px15px17px
Tarix:30/11/12

“Thomson Reuters”in xidmətləri Azərbaycanda sınaq məqsədilə ödənişsiz istifadəyə verilib

Dünyanın tanınmış beynəlxalq elmi bazalarından olan “Thomson Reuters”in “Web of Knowledge” xidməti AMEA-nın institut və təşkilatları, həmçinin ölkə universitetləri üçün sınaq məqsədilə 14 dekabr 2012-ci il tarixinədək ödənişsiz istifadəyə verilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. İnstitutdan bildirilib ki, ətraflı məlumat əldə etmək istəyənlər “webofknowledge.com” saytına daxil ola bilərlər.

Qeyd edək ki, Elmi İnformasiya İnstitutu kimi fəaliyyətə başlayan “Thomson Reuters” 1964-cü ildə beşcildlik ilk Elmi İstinadlar İndeksini çap etdirməklə 50 ildən artıq bir müddətdə elmi cəmiyyətə öz töhfəsini verib. İlkin nəşrə sonradan sosial, incəsənət və humanitar sahələrdə digər vacib indekslər əlavə edilib və artıq 1996-cı ildə çoxfunksiyalı “Veb Elmlər” (“Web of Knowledge”) yaradılıb.

Bu gün “Veb Elmlər” dünyanın ən yüksəknüfuzlu jurnallarında çap edilən və 100 ildən artıq məlumat toplularının əks olunduğu məlumat bazasından ibarət olan "Veb Bilik" platformasının bir hissəsidir. Hazırda 92 ölkədə 6.500-dən çox təşkilat ən əhəmiyyətli elmi ədəbiyyatları tapıb əldə etmək istəyən fakültə, tələbə və tədqiqatçılar daxil olmaqla, elmi və tədqiqat müəssisələrinin bütün aspektlərinə kömək etmək üçün agentliyin resurslarından istifadə edir.

Hökumət agentlikləri, nazirliklər, siyasi qurumlar və bütövlükdə dünya bu elm aləmini başa düşmək, eləcə də fondların bölüşdürülməsi, kadr təminatı və digər bu kimi məsələlərdə qərar çıxarmaq üçün məhz “Thomson Reuters” məlumat bazasına etibar edir.  Onu  da bildirək ki, məşhur “Reuters” İnformasiya Agentliyi təşkilatın strukturuna daxildir.


HƏQİQƏT




Baxış sayı: 985

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024