12px13px15px17px
Tarix:30/11/12

Şagirdlərə kompüter elmlərinə yiyələnmələri tövsiyə olunub

“Zəngi” liseyində ''Gələcəyin Mühəndisləri'' layihəsinin təqdimatı olub. Dövlət Neft Şirkətindən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, şirkətin İnsan Resursları Departamenti prioritet sayılan neft və qazın axtarışı, hasilatı, emalı, qazma, geofizika, innovasiya, müasir texnologiya və bu kimi digər sahələr üzrə mütəxəssisləri aşkar etmək, eləcə də onlarda bu sahəyə olan marağı daha da artırmaq məqsədi ilə ''Gələcəyin Mühəndisləri'' layihəsinə başlayıb. Noyabrın 27-28-də departamentin Təlim və inkişaf şöbəsinin əməkdaşları tərəfindən Nizami rayonu ərazisində yerləşən “Zəngi” liseyində 9-11-ci sinif şagirdləri üçün layihənin təqdimatı keçirilib.

Görüş zamanı layihənin məqsədi, gənc kadrların sırf istehsalat sahəsində işə başlamaq imkanlarının əhəmiyyəti vurğulanıb, bunun gələcəkdə karyeraya müsbət təsiri geniş izah olunub, bu sahənin nə dərəcədə vacib və məsuliyyətli olduğu məktəblilərin nəzərinə çatdırılıb.

Şagirdlərə neft-qaz, geologiya-geofizika, kimya, mexanika, kompüter, ekologiya üzrə mühəndislik ixtisaslarını seçmələri tövsiyə olunub.

SEYMUR




Baxış sayı: 970

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024