Tarix:30/11/12
Məşhur sosial şəbəkənin işçi adı "Status" idi, lakin bu ad onun təsisçilərini qane etmirdi. "Biz istəyirdik ki, ad dostun harada olub-olmamasından asılı olmayaraq onu tapmağa kömək edən zəng kimi səslənsin, – Dorsi "LA Times" qəzetinə verdiyi müsahibəsində bildirib.
Biz sözlərin siyahısını tərtib etdik və son nəticədə "twitch" sözü üzərində dayandıq, çünki o, telefon zəngi kimi səslənir. Lakin "twitch" yaxşı səslənmirdi. Biz lüğətlərdə uzun müddət axtarış apardıqdan sonra nəhayət ki "twitter" (cikkilti) sözünü seçdik".
"Zynga" - buldoqun şərəfinə adlandırılıb
Populyar onlayn oyun istehsalçısının adının ev heyvanının adı kimi səslənməsində təsadüfi heç nə yoxdur. Mark Pinkus öz "uşağını" Amerika buldoqu "Zinqa"nın şərəfinə adlandırıb. Lakin "Zinga.com" domeni artıq tutulduğundan "Zynga.com" domeni seçilib.
"Google" "googol" riyazi terminindən törəmə sözdür
Serqey Brin və Larri Peyc axtarış sistemlərini əvvəlcə "Back Rub" adlandırıblar. Sonradan isə onu "Google" ilə əvəz etdilər. Bu söz "googol" (10 üstü 100) riyazi terminindən törəmədir.
"Yahoo!" adı "Qulliverin səyahəti" ilə bağlıdır
Cerri Yanq və Devid Filo şirkətlərini 1994-cü ildə "Jerry's Guide to the World Wide Web" (Cerrinin Ümumdünya Hörümçək Toru üzrə Bələdçisi) adlandırıblar. Yeni "Yahoo!" adı isə Conatan Sviftin "Qulliverin səyahəti" kitabındakı insanaoxşar varlıqlar irqinin adıdır.
Apple
Əgər şirkətin həmtəsisçisi Stiv Voznyaka inansaq, Stiv Cobs Palo-Alto şəhərindən Los-Altosa gedən zaman şirkəti "Apple" adlandırmaq fikrinə gəlib. "Bəlkə də o, fermada alma toplayırmış. Mən ondan bu barədə soruşmadım. Bəlkə də bu ad "Apple Records" köhnə səsyazma şirkəti ilə əlaqədar seçilmişdi. Stiv musiqini çox sevirdi" – Voznyak xatırlayaraq bildirib.
Emil Hüseynov
Məşhur İT şirkətlərinin adları necə yaranıb?
"Twitter"Məşhur sosial şəbəkənin işçi adı "Status" idi, lakin bu ad onun təsisçilərini qane etmirdi. "Biz istəyirdik ki, ad dostun harada olub-olmamasından asılı olmayaraq onu tapmağa kömək edən zəng kimi səslənsin, – Dorsi "LA Times" qəzetinə verdiyi müsahibəsində bildirib.
Biz sözlərin siyahısını tərtib etdik və son nəticədə "twitch" sözü üzərində dayandıq, çünki o, telefon zəngi kimi səslənir. Lakin "twitch" yaxşı səslənmirdi. Biz lüğətlərdə uzun müddət axtarış apardıqdan sonra nəhayət ki "twitter" (cikkilti) sözünü seçdik".
"Zynga" - buldoqun şərəfinə adlandırılıb
Populyar onlayn oyun istehsalçısının adının ev heyvanının adı kimi səslənməsində təsadüfi heç nə yoxdur. Mark Pinkus öz "uşağını" Amerika buldoqu "Zinqa"nın şərəfinə adlandırıb. Lakin "Zinga.com" domeni artıq tutulduğundan "Zynga.com" domeni seçilib.
"Google" "googol" riyazi terminindən törəmə sözdür
Serqey Brin və Larri Peyc axtarış sistemlərini əvvəlcə "Back Rub" adlandırıblar. Sonradan isə onu "Google" ilə əvəz etdilər. Bu söz "googol" (10 üstü 100) riyazi terminindən törəmədir.
"Yahoo!" adı "Qulliverin səyahəti" ilə bağlıdır
Cerri Yanq və Devid Filo şirkətlərini 1994-cü ildə "Jerry's Guide to the World Wide Web" (Cerrinin Ümumdünya Hörümçək Toru üzrə Bələdçisi) adlandırıblar. Yeni "Yahoo!" adı isə Conatan Sviftin "Qulliverin səyahəti" kitabındakı insanaoxşar varlıqlar irqinin adıdır.
Apple
Əgər şirkətin həmtəsisçisi Stiv Voznyaka inansaq, Stiv Cobs Palo-Alto şəhərindən Los-Altosa gedən zaman şirkəti "Apple" adlandırmaq fikrinə gəlib. "Bəlkə də o, fermada alma toplayırmış. Mən ondan bu barədə soruşmadım. Bəlkə də bu ad "Apple Records" köhnə səsyazma şirkəti ilə əlaqədar seçilmişdi. Stiv musiqini çox sevirdi" – Voznyak xatırlayaraq bildirib.
Emil Hüseynov
Baxış sayı: 1058
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı