Tarix:30/11/12
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “PrivacyChoice” şirkətinin təsisçisi Cim Brok internetdən məxfilik siyasəti haqqında 4 mindən çox saziş toplayıb. Onun komandası 2500 sazişi araşdırdıqdan sonra belə nəticəyə gəlib ki, saytların 60 faizi fərdi informasiyanı silməmək hüququna malikdir, 20 faizi isə onu sata bilər.
Brokun sözlərinə görə, 2500 saytdan 63 faizi məlumatları üçüncü şəxslərə verməyəcəyinə söz verib. “Apple.com” daxil olmaqla saytların 10 faizi həmin məlumatları reklam məqsədi ilə paylaşmayacağını bəyan edib və 8 faizi isə ümumiyyətlə, fərdi məlumat toplamadığını bildirib. Saytların 20 faizi isə fərdi informasiya ilə nə etməyi planlaşdırdığı barədə məlumat verməyib.
“PrivacyChoice” şirkəti gələcəkdə ən böyük şirkətlərin 10 min sazişini təhlil etməyə və məxfilik siyasəti ilə bağlı xüsusi "Vikipediya" yaratmağa ümid edir.
EMİL
Saytların 20 faizi fərdi məlumatları satır
Saytların əksəriyyətində məxfilik siyasəti haqqında saziş mövcuddur. Sazişdə bəzi hallarda qeyd olunur ki, resurs, məsələn, fərdi məlumatları toplamaq və ya onları üçüncü şəxslərə satmaq hüququna malikdir. Lakin belə maddələri axtarıb tapmaq heç də asan deyil. Hüquq terminlərinin mövcudluğu cəhətdən belə sənəd, bir qayda olaraq, sadə istifadəçi üçün çətin anlaşılandır. İstifadəçi hansı nüanslara diqqət yetirmək lazım olduğunu bilmir və ehtimal ki, sənədi axıra kimi də oxumayacaq.“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “PrivacyChoice” şirkətinin təsisçisi Cim Brok internetdən məxfilik siyasəti haqqında 4 mindən çox saziş toplayıb. Onun komandası 2500 sazişi araşdırdıqdan sonra belə nəticəyə gəlib ki, saytların 60 faizi fərdi informasiyanı silməmək hüququna malikdir, 20 faizi isə onu sata bilər.
Brokun sözlərinə görə, 2500 saytdan 63 faizi məlumatları üçüncü şəxslərə verməyəcəyinə söz verib. “Apple.com” daxil olmaqla saytların 10 faizi həmin məlumatları reklam məqsədi ilə paylaşmayacağını bəyan edib və 8 faizi isə ümumiyyətlə, fərdi məlumat toplamadığını bildirib. Saytların 20 faizi isə fərdi informasiya ilə nə etməyi planlaşdırdığı barədə məlumat verməyib.
“PrivacyChoice” şirkəti gələcəkdə ən böyük şirkətlərin 10 min sazişini təhlil etməyə və məxfilik siyasəti ilə bağlı xüsusi "Vikipediya" yaratmağa ümid edir.
EMİL
Baxış sayı: 552
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı