Tarix:30/11/12
"AtaMatik"in imkanları bankomat xidməti ilə məhdudlaşmır. Vətəndaşlar, "AtaMatik" avtomobilləri içərisinə quraşdırılan lazımi avadanlıqlar və təyin olunan əməkdaşlar vasitəsilə bütün bank işlərini rahatlıqla görə bilərlər.
"AtaBank" ASC Biznesin İnkişafı Departamentinin direktoru Elnur Osmanov layihə ilə bağlı bildirib: "Layihənin əsas məqsədi bank xidmətləri göstərilməyən, bankomatlar quraşdırılmayan ərazilərdə əhaliyə bu xidmətləri səyyar şəkildə göstərməkdir. Bu məqsədlə xüsusi, yüksək təhlükəsizlik qabiliyyətinə malik və daxilində bankomatlar quraşdırılmış avtomobillər sifariş edilmişdir. Avtomobillər fasiləsiz enerji təchizatı üçün generator, işıqlandırma və rahat istifadə üçün digər lazımi qurğularla təmin olunmuşdur".
Pilot olaraq layihə Şəmkir rayonunun Düyərli və Gədəbəyin Zəhmət kəndində həyata keçirilmişdir. Xidmətin əhalinin köməyinə gəlməsini və tez bir zamanda insanların rəğbətini qazanmasını nəzərə alaraq, bankomatla təchiz edilmiş avtomobillərin sayı 4-ə çatdırılmışdır. Hal-hazırda "AtaMatik" xidmətinin genişləndirilərək Şəmkir, Qazax, Tovuz və Gədəbəy rayonlarının ucqar kəndlərində də tətbiq olunması planlaşdırılır.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 24 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
RƏVAN
Yerli bankdan səyyar bankomat xidməti
"AtaBank" ASC ucqar bölgələrdəki vətəndaşlar üçün səyyar bankomat xidməti olan "AtaMatik"i Şəmkir rayonu ərazisində istifadəyə verərək, sosial işçilər, müəllimlər və dövlət qulluğundakı digər işçilər, eləcə də sadə vətəndaşlara plastik kartlardan istifadədə rahatlıq təqdim edir. "AtaBank" ASC daha əvvəl Şəmkir və Gədəbəy rayonları ərazisində pilot layihə olaraq sınaqdan keçirdiyi səyyar bankomat xidməti "AtaMatik"i artıq müntəzəm cədvəllə işə salaraq bölgədəki sosial işçilərə daha yaxın olmağı planlaşdırır."AtaMatik"in imkanları bankomat xidməti ilə məhdudlaşmır. Vətəndaşlar, "AtaMatik" avtomobilləri içərisinə quraşdırılan lazımi avadanlıqlar və təyin olunan əməkdaşlar vasitəsilə bütün bank işlərini rahatlıqla görə bilərlər.
"AtaBank" ASC Biznesin İnkişafı Departamentinin direktoru Elnur Osmanov layihə ilə bağlı bildirib: "Layihənin əsas məqsədi bank xidmətləri göstərilməyən, bankomatlar quraşdırılmayan ərazilərdə əhaliyə bu xidmətləri səyyar şəkildə göstərməkdir. Bu məqsədlə xüsusi, yüksək təhlükəsizlik qabiliyyətinə malik və daxilində bankomatlar quraşdırılmış avtomobillər sifariş edilmişdir. Avtomobillər fasiləsiz enerji təchizatı üçün generator, işıqlandırma və rahat istifadə üçün digər lazımi qurğularla təmin olunmuşdur".
Pilot olaraq layihə Şəmkir rayonunun Düyərli və Gədəbəyin Zəhmət kəndində həyata keçirilmişdir. Xidmətin əhalinin köməyinə gəlməsini və tez bir zamanda insanların rəğbətini qazanmasını nəzərə alaraq, bankomatla təchiz edilmiş avtomobillərin sayı 4-ə çatdırılmışdır. Hal-hazırda "AtaMatik" xidmətinin genişləndirilərək Şəmkir, Qazax, Tovuz və Gədəbəy rayonlarının ucqar kəndlərində də tətbiq olunması planlaşdırılır.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 24 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
RƏVAN
Baxış sayı: 840
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet