12px13px15px17px
Tarix:01/12/12

ABŞ-da "iPhone 5" smartfonunu müqaviləsiz satın almaq mümkündür

ABŞ-da operatorla müqavilə bağlamadan "iPhone 5" smartfonunu satın almaq mümkündür. Müqaviləsiz satın alınmış smartfona istənilən mobil operatorun SİM-kartını taxaraq istifadə etmək olar.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, müqaviləsiz satın alınmış "iPhone 5" smartfonunun qiyməti daxili yaddaşın tutumundan asılı olaraq 649-849 ABŞ dolları arasında dəyişilir. "Apple" şirkəti 16, 32 və 64 QB daxili yaddaşa malik modellər təklif edir.

Qeyd edək ki, "Apple" şirkəti "iPhone 5" smartfonunu noyabrın 12-də təqdim edib. Smartfonun əvvəlki modellərdən əsas özəlliyi böyüdülmüş ekran, "nanosim" və "Lightning" konnektorudur. "iPhone 5" smartfonu sentyabrın 21-də satışa çıxarılıb.




 
EMİL




Baxış sayı: 1107

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024