12px13px15px17px
Tarix:04/12/12

Arktikada buzun əriməsi prosesi 3 dəfə sürətlənib

Son 20 il ərzində Arktikada buzun əriməsi prosesi artıb və hazırda ötən illərlə müqayisədə 3 dəfə daha sürətlənib. Müxtəlif ölkələrin elmi laboratoriyalarında çalışan alimlər qrupunun hazırladığı hesabatda belə qeyd edilib. Alimlər hesabatı hazırlayarkən "NASA"-nın peyklərindən və Avropa Kosmik Agentliyinin məlumatlarından istifadə ediblər.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, Arktika və Qrenlandiya adasındakı buzun əriməsi nəticəsində dünya okeanının səviyyəsi 1992-ci ildən etibarən 11,1 millimetr qalxıb. Bütövlükdə son 20 il ərzində onun səviyyəsi təxminən 0,5 santimetr qalxıb.


Digər səbəblər kimi dünya okeanında suyun istiləşməsini, dağ buzlaqlarının əriməsini, həmçinin faydalı qazıntıların hasilatı nəticəsində qrunt sularının səviyyəsinin dəyişməsini göstərmək olar. Hesabat müəllifləri Qrenlandiyada buz örtüyünün azalmasından xüsusilə narahat olduqlarını ifadə ediblər. Belə ki, bu proses 20 illə müqayisədə hazırda 5 dəfə sürətlənib.

Alimlər Arktika buzlarının nə vaxtsa tamamilə yoxa çıxa biləcəyini və bunun nəticələrinin olduqca ağır olacağını uzun müddətdir ki xəbərdarlıq edirlər. Nəticədə planetdə iqlimin istiləşməsi prosesi sürətlənəcək.

EMİL



Baxış sayı: 1077

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024