12px13px15px17px
Tarix:07/12/12

“Snapseed” foto redaktorunun “Android” üçün versiyası hazırlanıb

"Snapseed" foto redaktorunun "Android" platforması ilə işləyən qurğular üçün versiyası istifadəyə verilib. Mobil tətbiqi "Google Play" onlayn mağazasından yükləmək olar.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Snapseed" ən qabaqcıl mobil foto redaktorlardan biri hesab edilir. Proqram fotoların kəsilməsi, kəskinliyin artırılması və sairə effektlər üçün alətlər təklif edir.

Foto redaktorun "Android" platforması üçün versiyasının həcmi 24 meqabayta bərabərdir. "Snapseed" mobil tətbiqini "Android 4.0" mobil əməliyyat sistemi ilə işləyən qurğulara quraşdırmaq mümkündür.

Məlumat üçün bildirək ki, foto redaktoru "Nik Software" şirkəti hazırlayıb. "Google" şirkəti onu 2012-ci ildə satın alıb.

EMİL



Baxış sayı: 1723

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024