Tarix:10/12/12
İKT-nin istifadəsi təlim prosesini həm əyaniliyi ilə zənginləşdirir, həm də bilikləri praktik şəkildə tətbiq etməyə sövq edir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Mədəd-Azərbaycan”ın təlimçisi, biologiya müəllimi Şəlalə Məhərrəmova məlumat verib.
Onun sözlərinə görə, yeni fənn kurikulumları da İKT-dən istifadəyə geniş imkanlar yaradır: “Biologiya dərslərində İKT-ni tətbiq edərkən müəllim-şagird, şagird-şagird münasibətləri ardıcıl və uyğun şəkildə təşkil olunmalıdır ki, müəllim qarşıya qoyduğu məqsədə nail ola bilsin. Təbii ki, bunun üçün, ilk növbədə, xüsusi mühit yaradılmalıdır”. Təlimçi qeyd edib ki, bu mühiti yaratmaq üçün bır sıra şərtlər vacibdir. Belə ki, ilk növbədə İKT ilə təchiz olunmuş kabinet olmalı, müəllim İKT-ni dərsdə tətbiq etməyi, o cümlədən kompüter tapşırıqlarını tərtib etməyi bacarmalıdır: “Müəllim müvafiq bilik və bacarıqlara malik olmalı, həmçinin onun və şagirdlərin İKT-dən istifadə bacarığı olmalıdır”.
Təlimçi müəllimin texniki nasazlığa hazırlığını da vacib sayır. Onun fikrinə görə, bu baxımdan, müəllimin hər zaman ehtiyat planı olmalıdır. İKT-nin dərslərdə tətbiqinin nəticələrinə gəlincə, Ş.Məhərrəmova da onun təhsilə daha geniş imkanlar yaratdığını vurğulayır: “Biologiya dərslərini İKT əsasında qurmaq həm maraqlı, həm də çox səmərəlidir. Belə keçilən mövzular daha yaxşı mənimsənilir. Bu zaman ən zəif şagird belə fəallaşır. Hətta ola bilsin ki, onların bu sahədə olan bacarıqları digər şagirdlərdən daha üstün olur, bu isə özünəinam hissini gücləndirir. Qrup fəaliyyətində belə şagirdlərlə daha savadlı şagirdlərin işi birləşəndə dərsin səmərəliliyi artır”.
HƏQİQƏT
Şagirdləri texnologiyanın vasitəsilə düşünməyə və yaradıcılığa həvəsləndirmək zəruridir
Bugünkü şagirdləri texnologiyanın vasitəsilə düşünməyə, təsəvvür, tətbiq, təhlil etməyə, fikir mübadiləsi və yaradıcılığa həvəsləndirmək zəruridir. Bu baxımdan, hər bir dərsin təşkilində informasiya-kommunikasiya texnologiyalarından istifadənin (İKT) böyük əhəmiyyəti var.İKT-nin istifadəsi təlim prosesini həm əyaniliyi ilə zənginləşdirir, həm də bilikləri praktik şəkildə tətbiq etməyə sövq edir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Mədəd-Azərbaycan”ın təlimçisi, biologiya müəllimi Şəlalə Məhərrəmova məlumat verib.
Onun sözlərinə görə, yeni fənn kurikulumları da İKT-dən istifadəyə geniş imkanlar yaradır: “Biologiya dərslərində İKT-ni tətbiq edərkən müəllim-şagird, şagird-şagird münasibətləri ardıcıl və uyğun şəkildə təşkil olunmalıdır ki, müəllim qarşıya qoyduğu məqsədə nail ola bilsin. Təbii ki, bunun üçün, ilk növbədə, xüsusi mühit yaradılmalıdır”. Təlimçi qeyd edib ki, bu mühiti yaratmaq üçün bır sıra şərtlər vacibdir. Belə ki, ilk növbədə İKT ilə təchiz olunmuş kabinet olmalı, müəllim İKT-ni dərsdə tətbiq etməyi, o cümlədən kompüter tapşırıqlarını tərtib etməyi bacarmalıdır: “Müəllim müvafiq bilik və bacarıqlara malik olmalı, həmçinin onun və şagirdlərin İKT-dən istifadə bacarığı olmalıdır”.
Təlimçi müəllimin texniki nasazlığa hazırlığını da vacib sayır. Onun fikrinə görə, bu baxımdan, müəllimin hər zaman ehtiyat planı olmalıdır. İKT-nin dərslərdə tətbiqinin nəticələrinə gəlincə, Ş.Məhərrəmova da onun təhsilə daha geniş imkanlar yaratdığını vurğulayır: “Biologiya dərslərini İKT əsasında qurmaq həm maraqlı, həm də çox səmərəlidir. Belə keçilən mövzular daha yaxşı mənimsənilir. Bu zaman ən zəif şagird belə fəallaşır. Hətta ola bilsin ki, onların bu sahədə olan bacarıqları digər şagirdlərdən daha üstün olur, bu isə özünəinam hissini gücləndirir. Qrup fəaliyyətində belə şagirdlərlə daha savadlı şagirdlərin işi birləşəndə dərsin səmərəliliyi artır”.
HƏQİQƏT
Baxış sayı: 1854
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet