Tarix:11/12/12
İlk dəfə "AtaBank" ASC tərəfindən səyyar bankomat xidməti pilot layihə şəklində Şəmkir rayonunun Düyərli və Gədəbəyin Zəhmət kəndlərində sınaqdan keçirilib. Dekabr ayının əvvəlindən isə layihə müntəzəm cədvəllə işə salınıb. O, daha sonra bildirdi ki, layihənin əhatə dairəsini daha da genişləndirməyi nəzərdə tuturuq. Belə ki, "AtaMatik" layihəsinin Şəmkir, Qazax, Tovuz və Gədəbəy rayonlarının ucqar kəndlərində də tətbiq olunması planlaşdırılır.
Daha sonra isə bu cür səyyar xidməti ölkəmizin digər bölgələrində də həyata keçirmək nəzərdə tutulur ."AtaMatik"in imkanları bankomat xidməti ilə məhdudlaşmır. Belə ki, vətəndaşlar "AtaMatik" avtomobilləri içərisinə quraşdırılan lazımi avadanlıq və bank tərəfindən təyin olunan əməkdaşlar vasitəsilə bütün növ bank əməliyyatlarını rahatlıqla həyata keçirə bilərlər.
Bu layihənin ən önəmli məqsədi bank xidməti göstərilməyən, bankomatlar quraşdırılmayan ərazilərdə əhaliyə bütün lazımi bank xidmətlərini səyyar şəkildə göstərməkdir. Bu məqsədlə də xüsusi və təhlükəsizlik baxımından yüksək səviyyədə olan, daxilində bankomatlar quraşdırılmış avtomobillər sifariş edilib. Bu avtomobillərin fasiləsiz enerji təchizatı ilə təmin olunması məqsədilə daxilinə generator, işıqlandırma və rahat istifadə üçün digər lazımi qurğular yerləşdirilib.
Bu layihə zəruri və faydalı olduğuna görə tez bir zamanda insanların rəğbətini qazanıb. Layihəyə start verilən 7 ay ərzində bu xidmətdən istifadə edən müştərilərin sayı minlərlə olub. Hazırda bankomatla təchiz edilmiş avtomobillərin sayı 4-ə çatdırılıb.
RƏVAN
Yerli bankdan səyyar bankomat xidməti
"AtaBank" ASC-nin "AtaMatik" xidməti ölkədə xeyli maraqla qarşılanıb. Bu barədə məlumatı "AtaBank" ASC-nin İdarə heyətinin sədr müavini Etibar Babaşlı verib. Onun sözlərinə görə, ucqar bölgələrdəki vətəndaşlar üçün nəzərdə tutulan səyyar bankomat xidməti sosial işçilərin, müəllim və dövlət qulluğunda olan digər işçilərin, eləcə də sadə vətəndaşların plastik kartlardan rahat istifadə etməsinə imkan yaradır.İlk dəfə "AtaBank" ASC tərəfindən səyyar bankomat xidməti pilot layihə şəklində Şəmkir rayonunun Düyərli və Gədəbəyin Zəhmət kəndlərində sınaqdan keçirilib. Dekabr ayının əvvəlindən isə layihə müntəzəm cədvəllə işə salınıb. O, daha sonra bildirdi ki, layihənin əhatə dairəsini daha da genişləndirməyi nəzərdə tuturuq. Belə ki, "AtaMatik" layihəsinin Şəmkir, Qazax, Tovuz və Gədəbəy rayonlarının ucqar kəndlərində də tətbiq olunması planlaşdırılır.
Daha sonra isə bu cür səyyar xidməti ölkəmizin digər bölgələrində də həyata keçirmək nəzərdə tutulur ."AtaMatik"in imkanları bankomat xidməti ilə məhdudlaşmır. Belə ki, vətəndaşlar "AtaMatik" avtomobilləri içərisinə quraşdırılan lazımi avadanlıq və bank tərəfindən təyin olunan əməkdaşlar vasitəsilə bütün növ bank əməliyyatlarını rahatlıqla həyata keçirə bilərlər.
Bu layihənin ən önəmli məqsədi bank xidməti göstərilməyən, bankomatlar quraşdırılmayan ərazilərdə əhaliyə bütün lazımi bank xidmətlərini səyyar şəkildə göstərməkdir. Bu məqsədlə də xüsusi və təhlükəsizlik baxımından yüksək səviyyədə olan, daxilində bankomatlar quraşdırılmış avtomobillər sifariş edilib. Bu avtomobillərin fasiləsiz enerji təchizatı ilə təmin olunması məqsədilə daxilinə generator, işıqlandırma və rahat istifadə üçün digər lazımi qurğular yerləşdirilib.
Bu layihə zəruri və faydalı olduğuna görə tez bir zamanda insanların rəğbətini qazanıb. Layihəyə start verilən 7 ay ərzində bu xidmətdən istifadə edən müştərilərin sayı minlərlə olub. Hazırda bankomatla təchiz edilmiş avtomobillərin sayı 4-ə çatdırılıb.
RƏVAN
Baxış sayı: 1053
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet