Tarix:12/12/12
ABŞ, Yaponiya, Cənubi Koreya və Avropa Birliyində bu göstərici müvafiq olaraq 503.6 min, 342.6 min, 178.9 min və 142.8 min təşkil edib. Beləliklə, “SIPO” dünyanın ən böyük patent bürosu olub. Patent ərizələrinin təqdim edildiyi sahələrə gəlincə isə 2011-ci ildə 127 min ərizə ilə kompüter texnologiyaları sahəsi lider mövqedə qərarlaşıb.
Bərpa olunan enerji mənbələri sahəsində yenilikçi həllərin qeydiyyata alınması göstəricisi 8 faiz artıb. Yaponiya günəş enerjisi sahəsi üzrə təqdim edilmiş patent ərizələrinin sayına görə, ABŞ və Almaniya isə geotermik enerji və külək enerjisinə görə liderdir.
"Patent üçün təqdim edilən ərizələrin davamlı şəkildə artması şirkətlərin qeyri-stabil vəziyyətə baxmayaraq, yenilikçi fəaliyyətlərini davam etdirdiyini göstərir" - Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Harri bildirib.
EMİL
Çin patent ərizələrinin sayına görə ilk dəfə olaraq ABŞ-ı üstələyib
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının dərc etdiyi hesabata əsasən, Çin patent ərizələrinin sayına görə ABŞ-ı üstələyib. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Çinin Əqli Mülkiyyət üzrə Dövlət İdarəsinə (SIPO) 2011-ci ildə 526,4 min ərizə təqdim olunub.ABŞ, Yaponiya, Cənubi Koreya və Avropa Birliyində bu göstərici müvafiq olaraq 503.6 min, 342.6 min, 178.9 min və 142.8 min təşkil edib. Beləliklə, “SIPO” dünyanın ən böyük patent bürosu olub. Patent ərizələrinin təqdim edildiyi sahələrə gəlincə isə 2011-ci ildə 127 min ərizə ilə kompüter texnologiyaları sahəsi lider mövqedə qərarlaşıb.
Bərpa olunan enerji mənbələri sahəsində yenilikçi həllərin qeydiyyata alınması göstəricisi 8 faiz artıb. Yaponiya günəş enerjisi sahəsi üzrə təqdim edilmiş patent ərizələrinin sayına görə, ABŞ və Almaniya isə geotermik enerji və külək enerjisinə görə liderdir.
"Patent üçün təqdim edilən ərizələrin davamlı şəkildə artması şirkətlərin qeyri-stabil vəziyyətə baxmayaraq, yenilikçi fəaliyyətlərini davam etdirdiyini göstərir" - Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Harri bildirib.
EMİL
Baxış sayı: 934
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet