Tarix:13/12/12
Belə ki, bir neçə avtobusa kart sistemi ilə işləyən xüsusi qurğular quraşdırılacaq və onun işləmə mexanizmi, eyni zamanda cəmiyyət tərəfindən necə qarşılanması yoxlanılacaq. Nəqliyyat Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məsələ ilə bağlı açıqlama verərək avtobuslarda kart sisteminə keçidin göstərilən tarixdən həyata keçiriləcəyi xəbərini təsdiqləyib.
Onun sözlərinə görə, əvvəlcədən qərara alınıb ki, kart ödəniş sisteminə keçid üçün bir neçə pilot marşrut seçilsin: "Kart sisteminin bir xəttin avtobusunda deyil, bir neçə xətdə işləyən nəqliyyat vasitələrində yoxlanılması nəzərdə tutulur".
Lakin nazirlik rəsmisi həmin marşrutların nömrəsini açıqlamayıb. Məlumata görə, bu marşrutlardan biri 93 nömrəli xətt olacaq. Sabunçu qəsəbəsindən Avtovağzala işləyən marşrutu bu yaxınlarda bağlamışdılar. Amma onun yenidən işə salınması qərara alınıb.
SEYMUR
Şəhərdaxili avtobuslarda kart sisteminə keçidin vaxtı açıqlandı
2013-cü ildən ictimai nəqliyyatda – şəhərdaxili avtobuslarda kart sisteminə keçid daha da sürətləndiriləcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, avtobuslarda kart sisteminin tətbiqinin sınaq mərhələsi bu ayın sonlarında həyata keçiriləcək.Belə ki, bir neçə avtobusa kart sistemi ilə işləyən xüsusi qurğular quraşdırılacaq və onun işləmə mexanizmi, eyni zamanda cəmiyyət tərəfindən necə qarşılanması yoxlanılacaq. Nəqliyyat Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məsələ ilə bağlı açıqlama verərək avtobuslarda kart sisteminə keçidin göstərilən tarixdən həyata keçiriləcəyi xəbərini təsdiqləyib.
Onun sözlərinə görə, əvvəlcədən qərara alınıb ki, kart ödəniş sisteminə keçid üçün bir neçə pilot marşrut seçilsin: "Kart sisteminin bir xəttin avtobusunda deyil, bir neçə xətdə işləyən nəqliyyat vasitələrində yoxlanılması nəzərdə tutulur".
Lakin nazirlik rəsmisi həmin marşrutların nömrəsini açıqlamayıb. Məlumata görə, bu marşrutlardan biri 93 nömrəli xətt olacaq. Sabunçu qəsəbəsindən Avtovağzala işləyən marşrutu bu yaxınlarda bağlamışdılar. Amma onun yenidən işə salınması qərara alınıb.
SEYMUR
Baxış sayı: 1171
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet