12px13px15px17px
Tarix:13/12/12

Erik Şmidt: “Android” mobil platformalar bazarının liderinə çevrilir”

"Android" mobil əməliyyat sisteminin mobil platformalar bazarında mövqeyi getdikcə daha da güclənir. Bu barədə "Google"-un sabiq rəhbəri və hazırda Direktorlar şurasının sədri Erik Şmidt "Bloomberg" agentliyinə verdiyi müsahibəsində bildirib.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, cənab Şmidtin sözlərinə görə, istifadəçilərin gün ərzində aktivləşdirdiyi "Android" qurğuların sayı 1,3 milyonu ötür.

"Gartner" analitik şirkətinin məlumatına əsasən, 2012-ci ilin üçüncü rübündə "Android" platformasının mobil seqmentdə bazar payı 72 faizə çatıb. Müqayisə üçün qeyd edək ki, "Apple" şirkətinin müvafiq göstəricisi yalnız 14 faiz təşkil edib. "Platformalar arasında qüvvələr nisbəti köklü surətdə dəyişib.

Dəyişikliklərin miqyası 20 il bundan əvvəl "Microsoft" və "Apple" arasında gedən mübarizəni xatırladır - Erik Şmidt qeyd edib. Hazırda "Google"-un bu "müharibə"də qalib tərəf olduğu tamamilə aydındır".

EMİL



Baxış sayı: 841

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024