Tarix:14/12/12
O, İkinci Dünya müharibəsi illərində nüvə silahının hazırlanması üçün nəzərdə tutulmuş "Manhetten" layihəsində iştirak edib və 1940-cı illərin ortalarında Filadelfiya ştatında yerləşən Dreksel Universitetində təhsil alıb. Vudlend ştrixkodu digər aspirant Bernard Silverlə birgə düşünüb. Vudlend birinci ştrixkodu Florida çimərliyindəki qum üzərində çəkib.
Vudlend və Silver 1949-cu ildə ixtiralarına görə patent ərizəsi təqdim etmiş və 1952-ci ildə patent alıblar. Sonralar patenti "Philco" şirkətinə satıblar. "Philco" şirkəti isə onu "RCA"-ya satıb. Patentin istifadə müddəti 1960-cı illərdə bitib. Ştrixkod 1974-cü ildən etibarən hər yerdə istifadə olunmağa başladı. Ştrixkodla satılan birinci məhsul "Wrigley's" saqqızı olub.
Bernard Silver 1963-cü ildə dünyasını dəyişib. Vudlend 36 il müddətində "IBM" şirkətində işlədikdən sonra 1987-ci ildə oranı tərk etdi. 1992-ci ildə Vudlend ştrixkodu ixtira etdiyinə görə "Texnologiya və İnnovasiya üzrə Milli Medal"a layiq görülüb. 2011-ci ildə isə Vudlend və Silverin adları ixtiraçıların şöhrət zalına daxil edilib.
EMİL
Ştrixkodun ixtiraçısı dünyasını dəyişib
ABŞ-da dekabrın 9-da ştrixkodun yaradıcılarından biri Jozef Vudlend 91 yaşında dünyasını dəyişib. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Vudlend Nyu-Cersi ştatında doğulub və boya-başa çatıb.O, İkinci Dünya müharibəsi illərində nüvə silahının hazırlanması üçün nəzərdə tutulmuş "Manhetten" layihəsində iştirak edib və 1940-cı illərin ortalarında Filadelfiya ştatında yerləşən Dreksel Universitetində təhsil alıb. Vudlend ştrixkodu digər aspirant Bernard Silverlə birgə düşünüb. Vudlend birinci ştrixkodu Florida çimərliyindəki qum üzərində çəkib.
Vudlend və Silver 1949-cu ildə ixtiralarına görə patent ərizəsi təqdim etmiş və 1952-ci ildə patent alıblar. Sonralar patenti "Philco" şirkətinə satıblar. "Philco" şirkəti isə onu "RCA"-ya satıb. Patentin istifadə müddəti 1960-cı illərdə bitib. Ştrixkod 1974-cü ildən etibarən hər yerdə istifadə olunmağa başladı. Ştrixkodla satılan birinci məhsul "Wrigley's" saqqızı olub.
Bernard Silver 1963-cü ildə dünyasını dəyişib. Vudlend 36 il müddətində "IBM" şirkətində işlədikdən sonra 1987-ci ildə oranı tərk etdi. 1992-ci ildə Vudlend ştrixkodu ixtira etdiyinə görə "Texnologiya və İnnovasiya üzrə Milli Medal"a layiq görülüb. 2011-ci ildə isə Vudlend və Silverin adları ixtiraçıların şöhrət zalına daxil edilib.
EMİL
Baxış sayı: 827
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)