12px13px15px17px
Tarix:19/12/12

“Perl” proqramlaşdırma dili 25 yaşını qeyd edir

“Perl” proqramlaşdırma dili 25 yaşını qeyd edir. Onun birinci versiyası 1987-ci il dekabrın 19-da Larri Uoll tərəfindən istifadəyə verilib. Larri Uoll riyaziyyatçı və ya proqramçı deyil, dilçidir. Ona görə də proqramlaşdırma dilini yaradarkən təklif etdiyi bir qədər qeyri-adi konstruksiyalar “Perl”i o dövrdə populyar olan aşağı səviyyəli proqramlaşdırma dillərindən kəskin surətdə fərqləndirdi. 

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Perl” proqramlaşdırma dili yüksəksəviyyəlidir, yəni onun qaynaq kodları ikilik fayllara kompilyasiya edilmir və birbaşa prosessora ötürülmür, “PHP”, “JavaScript”, “Python” və digərlərində olduğu kimi interpretator vasitəsilə yerinə yetirilir. İnterpretatordan istifadə edilməsi, əlbəttə ki, proqramın məhsuldarlığını aşağı salır, lakin yüksəksəviyyəli dillər daha aydın struktura malikdir və hətta bir o qədər təcrübəyə malik olmayan proqramçılar da onlardan istifadə edə bilər.


Proqramlaşdırma dilinin əsas xüsusiyyətlərindən biri mətnlə, həmçinin sintaksisə quraşdırılmış daimi ifadələrlə işləmək üçün zəngin imkanlara malik olmasıdır. “Perl” proqramlaşdırma dili “C, AWK”-dan bir çox xüsusiyyətlər mənimsəyib. “PERL” “Practical Extraction and Report Language” (Verilənlərin xaric edilməsi və hesabatların tərtib edilməsi üçün praktik dil) sözlərinin qısaltmasıdır.

Abreviatura əvvəlcə 5 simvoldan ibarət olub və “pearl” (mirvari) ingilis sözünə uyğun olub. Lakin sonradan məlum olub ki, belə proqramlaşdırma dili mövcuddur və "a" hərfini çıxarıblar. Tərtibatçılar bildirirlər ki, çox dözümlü, ağır işləri yerinə yetirməyə qadir dəvə “Perl” proqramlaşdırma dilinin talismanıdır. Larri Uoll “Perl” proqramlaşdırma dilini hazırlamağa 1987-ci ildə, “Unisys” şirkətində proqramçı işləyən zaman başlayıb.

“1.0” versiyası istifadəyə verilmişdi və 1987-ci ilin dekabrın 18-də “comp.sources.misc” xəbərlər qrupunda "awk və sed" üçün əvəzedici kimi elan edilmişdi. “Perl 2” 1988-ci ildə istifadəyə verilib. Bu versiyada həyata keçirilmiş əsas yenilik daimi ifadələrin yenidən işlənmiş mexanizmi idi. 1989-cu ildə istifadəyə verilmiş “Perl 3” ikilik verilənlər axınını emal etmək imkanına malik oldu.

Larri Uoll qeyd edib ki, “Perl” proqramlaşdırma dilini daha çox praktik (istifadədə sadə, səmərəli) kimi xarakterizə etmək olar. Proqramlaşdırma dilinin əsas üstünlüyü müxtəlif paradiqmaları (prosedur, obyekt yönümlü və funksional proqramlaşdırma stilləri) dəstəkləməsi, yaddaşa nəzarət, həmçinin kənar tərtibatçıların yaratdığı böyük sayda modul kolleksiyasına malik olmasıdır.

EMİL



Baxış sayı: 1088

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024