12px13px15px17px
Tarix:20/12/12

BMT: 2012-ci ildə dünya iqtisadiyyatının artım tempi nəzərəçarpacaq dərəcədə azalıb

2012-ci ildə dünya iqtisadiyyatının artım tempi nəzərəçarpacaq dərəcədə azalıb və yaxın 2 ildə vəziyyətin dəyişməz qalacağı gözlənilir. Bu barədə BMT-nin yeni hesabatında qeyd edilib. Proqnozlara görə, 2013-cü ildə qlobal iqtisadiyyatın artım tempi 2,4, 2014-cü ildə isə 3,2 faiz artacaq. 

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, bu cür qiymətləndirmə və proqnoz BMT-nin "Dünyanın iqtisadi vəziyyəti və perspektivləri 2013" adlı hesabatında dərc edilib. Yeni göstəricilər 1.5 il əvvəllə müqayisədə daha ümidvericidir. Ötən gün Nyu-Yorkda keçirilmiş mətbuat konfransında BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin direktoru Rob Bos yeni hesabatı təqdim edərək bəyan edib ki, proqnozlaşdırılmış inkişaf tempi iş yerlərinin bərpası və məşğulluq sahəsində böhranın həlli üçün yetərli olmayacaq.

Hesabat müəllifləri hesab edirlər ki, iqtisadi enişin səbəbi sənaye cəhətdən inkişaf etmiş bir sıra aparıcı ölkələrin problemləri ilə bağlıdır. Bir neçə Avropa ölkəsi və Avrozona bütövlükdə artıq tənəzzüldədir. Avrozonada işsizlik səviyyəsi rekord həddə - 12 faizə çatıb.

Bundan başqa, 2012-ci ildə ABŞ-da iqtisadi artım xeyli zəifləyib və 2013-cü ildə artım tempinin dəyişməz qalacağı gözlənilir. Rob Bos xəbərdarlıq edib ki, Avrozonada böhranın dərinləşməsi, ABŞ-da büdcə kəsiri problemi və Çində iqtisadi göstəricilərin kəskin azalması yeni qlobal tənəzzülə səbəb ola bilər.

EMİL



Baxış sayı: 890

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024