12px13px15px17px
Tarix:21/12/12

QHT-lərin maliyyə hesabatlarının elektron formatda təqdim edilməsi təklif olunur

Azərbaycanda növbəti illərdə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dəstək məqsədilə bir sıra addımların atılması planlaşdırılır. Ölkədə hazırlanmış 2013-2018-ci illərdə QHT-lərin inkişafı üzrə Dövlət Proqramında bir çox məsələlər əksini tapıb. Burada təklif olunan əsas məsələlərdən biri hesabatların şəffaflaşdırılması və sadələşdirilməsi ilə bağlıdır.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib. Şura sədri bildirib ki, 5 min manata qədər büdcəsi olan QHT-lərin Maliyyə Nazirliyinə hesabat verməkdən azad olunmasını təklif edirlər.

Çünki bu, kiçik məbləğdir və onun üçün də sənəd təqdim etməyə ehtiyac yoxdur: «Sonrakı mərhələdə bu məbləğ 10 min manatadək artırıla bilər. İkinci təklif isə hesabatın strukturunun sadələşdirilməsi, elektron formatda təqdimatı ilə bağlıdır».

Proqramda QHT-lərin inkişafının davamlılığının artırılması üçün əlavə maliyyə resurslarının cəlb olunması, özəl sektorla əlaqələrin möhkəmləndirilməsi və s. yer alır.

SEYMUR



Baxış sayı: 899

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024