12px13px15px17px
Tarix:24/12/12

“AZAL”-da mobil telefon vasitəsilə lazımi reys üçün onlayn qeydiyyatdan keçmək mümkündür

«Azərbaycan Hava Yolları» aviaşirkətinin (AZAL) xidmətlərindən istifadə edən sərnişinlər aviaşirkətin rəsmi veb-saytında (http://www.azal.az) kompüter və yaxud mobil telefon vasitəsilə uçuşa 20 saat qalmışdan etibarən lazımi reys üçün qeydiyyatdan keçə bilərlər.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə “AZAL”-dan məlumat verilib. Məlumatda qeyd olunur ki, bu ilin ortalarından etibarən sözügedən aviaşirkət reyslərində onlayn qeydiyyat sisteminə keçib. “AZAL” bildirir ki, eyni qaydada təyyarədə istənilən yerin seçilməsi, mobil minik talonunun alınması və aviaşirkətin əlaqə telefonları haqqında məlumatın əldə edilməsi mümkündür. Bunun üçün sərnişinin, sadəcə, öz soyadını və rezervasiya nömrəsini (aviabiletin sağ yuxarı küncündə “RLOC J2 –“) sistemə daxil etməsi və göstərilən addımlara riayət etməsi kifayətdir.

Qeydiyyatın sonunda sərnişinə SMS və ya email vasitəsilə təyyarəyə minik talonunun elektron versiyası göndəriləcək. Onlayn qeydiyyatdan keçən sərnişinlərin baqaj qeydiyyatı və minik talonunun çap edilməsi üçün Heydər Əliyev Beynəlxalq Hava limanında və digər hava limanlarında qeydiyyat dayaqlarına yaxınlaşmaq lazımdır.

Hazırda Ankara, London, Roma, Milan, Paris, Dubay, Urumçi, Tehran, Rostov, Simferopol, Həştərxan və Lvov şəhərlərinin hava limanlarında “AZAL” aviabiletlərinin onlayn qeydiyyatı mümkün deyil, lakin bu mövzuda lazımi danışıqlar aparılır.

SEYMUR



Baxış sayı: 2108

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024