Tarix:26/12/12
Hesabat ilində institut əməkdaşları tərəfindən 362 məqalə - 260-ı xarici jurnallarda, o cümlədən 169-u elmi istinad indeksli jurnallarda, 3 kitab və 2 monoqrafiya çap olunub. İnstitutda ümumilikdə 17 qrant üzrə işlər yerinə yetirilib". AMEA Radiasiya Problemləri İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov bildirib ki, 2012-ci hesabat ilində institutda elmi-tədqiqat işləri 4 istiqamət – "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi", "Bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı", "Radioekologiya, radiobiologiya, nüvə və radiasiya təhlükəsizliyi" və "Alternativ və qeyri-ənənəvi enerji mənbələrinin istifadəsi, enerji çevrilmə proseslərinin, ekoloji təmiz və təhlükəsiz energetikanın fundamental problemləri" üzrə yerinə yetirilib.
Hesabat ilində 4 problem üzrə 13 mövzuya uyğun 25 işin yerinə yetirildiyini söyləyən alim institutda 6 doktorantın dissertasiya işinin müdafiə olunduğunu və institut əməkdaşları tərəfindən 187 məqalənin (onlardan 86-sı xaricdə) dərc olunduğunu nəzərə çatdırıb. AMEA Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatını təqdim edən institutun elmi işlər üzrə direktor müavini, riyaziyyat üzrə elmlər doktoru Soltan Əliyev institutda elmi-tədqiqat işlərinin əsasən 2 istiqamət - riyaziyyat və mexanika sahələri üzrə aparıldığını deyib: "Bu elmi istiqamətlərdə 8 problemi əhatə edən 15 mövzu üzrə 129 tədqiqat işi aparılıb və mühüm nəticələr əldə olunub".
Müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olunub.
HƏQİQƏT
AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutları hesabat verdi
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2012-ci il üçün hesabat iclası keçirilib. "ICTnews" elektron xəbər xidmətinə İTİ-dən verilən məlumata görə, AMEA Fizika İnstitutunun illik hesabatını təqdim edən institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Cavad Abdinov fundamental və tətbiqi xarakterli elmi tədqiqat işlərinin 3 əsas istiqaməti (Kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki əsasları və texnikası; Nüvə fizikası; Energetikanın fiziki-texniki problemləri) əhatə etdiyini qeyd edib: "İnstitutda 8 problem üzrə 8 mövzunu əhatə edən 42 elmi tədqiqat işi 53 mərhələdə yerinə yetirilib.Hesabat ilində institut əməkdaşları tərəfindən 362 məqalə - 260-ı xarici jurnallarda, o cümlədən 169-u elmi istinad indeksli jurnallarda, 3 kitab və 2 monoqrafiya çap olunub. İnstitutda ümumilikdə 17 qrant üzrə işlər yerinə yetirilib". AMEA Radiasiya Problemləri İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov bildirib ki, 2012-ci hesabat ilində institutda elmi-tədqiqat işləri 4 istiqamət – "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi", "Bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı", "Radioekologiya, radiobiologiya, nüvə və radiasiya təhlükəsizliyi" və "Alternativ və qeyri-ənənəvi enerji mənbələrinin istifadəsi, enerji çevrilmə proseslərinin, ekoloji təmiz və təhlükəsiz energetikanın fundamental problemləri" üzrə yerinə yetirilib.
Hesabat ilində 4 problem üzrə 13 mövzuya uyğun 25 işin yerinə yetirildiyini söyləyən alim institutda 6 doktorantın dissertasiya işinin müdafiə olunduğunu və institut əməkdaşları tərəfindən 187 məqalənin (onlardan 86-sı xaricdə) dərc olunduğunu nəzərə çatdırıb. AMEA Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatını təqdim edən institutun elmi işlər üzrə direktor müavini, riyaziyyat üzrə elmlər doktoru Soltan Əliyev institutda elmi-tədqiqat işlərinin əsasən 2 istiqamət - riyaziyyat və mexanika sahələri üzrə aparıldığını deyib: "Bu elmi istiqamətlərdə 8 problemi əhatə edən 15 mövzu üzrə 129 tədqiqat işi aparılıb və mühüm nəticələr əldə olunub".
Müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olunub.
HƏQİQƏT
Baxış sayı: 1138
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet