Tarix:08/01/13
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "Mac" platformasının ƏS-i populyarlığa görə ikinci yerdə qərarlaşıb: dekabrda onun bazar payı 7,07 faizə bərabər olub. 1.19 faiz göstəriciyə malik "Linux" ƏS-i isə üçüncü olub. Qeyd edək ki, bir ay ərzində onun bazar payı 0,06 faiz azalıb. "Windows" ailəsinə gəlincə isə "Windows 7" versiyası daha populyardır: dekabrda onun bazar payı 0,40 faiz artaraq ilk dəfə 45 faiz səddini keçib. Sonrakı yerdə artıq köhnəlmiş, lakin hələ populyar "Windows XP" qərarlaşıb.
Dekabrda bu əməliyyat sisteminin bazar payının azalmasına baxmayaraq, o, 39,08 faiz kompüterdə hələ də istifadə olunur. "Windows Vista"nın bazar payı isə 5,67 faizə bərabərdir. Yeni istifadəyə verilmiş "Windows 8" ƏS-nin bazar payı hələ ki 1,77 faizdir.
Müqayisə üçün qeyd edək ki, noyabrın sonunda bu göstərici 1,11 faiz təşkil edirdi. "Windows"un daha köhnə versiyaları 0,11 faiz kompüterdə hələ də istifadə olunur.
Emil Hüseynov
Əməliyyat sistemləri bazarında hansı şirkət liderdir?
"Net Applications" monitorinq şirkətinin 2012-ci ilin dekabrına olan məlumatına əsasən, "Windows" əməliyyat sistemi (ƏS) qlobal bazarda ən populyar ƏS olaraq qalır. Belə ki, "Windows" ailəsi ƏS-nin payı 91,74 faiz təşkil edir. Ötən ayla müqayisədə bu göstərici 0,29 faiz çoxdur."ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "Mac" platformasının ƏS-i populyarlığa görə ikinci yerdə qərarlaşıb: dekabrda onun bazar payı 7,07 faizə bərabər olub. 1.19 faiz göstəriciyə malik "Linux" ƏS-i isə üçüncü olub. Qeyd edək ki, bir ay ərzində onun bazar payı 0,06 faiz azalıb. "Windows" ailəsinə gəlincə isə "Windows 7" versiyası daha populyardır: dekabrda onun bazar payı 0,40 faiz artaraq ilk dəfə 45 faiz səddini keçib. Sonrakı yerdə artıq köhnəlmiş, lakin hələ populyar "Windows XP" qərarlaşıb.
Dekabrda bu əməliyyat sisteminin bazar payının azalmasına baxmayaraq, o, 39,08 faiz kompüterdə hələ də istifadə olunur. "Windows Vista"nın bazar payı isə 5,67 faizə bərabərdir. Yeni istifadəyə verilmiş "Windows 8" ƏS-nin bazar payı hələ ki 1,77 faizdir.
Müqayisə üçün qeyd edək ki, noyabrın sonunda bu göstərici 1,11 faiz təşkil edirdi. "Windows"un daha köhnə versiyaları 0,11 faiz kompüterdə hələ də istifadə olunur.
Emil Hüseynov
Baxış sayı: 999
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)