12px13px15px17px
Tarix:10/01/13

Yerli mobil operator Pol Andersonu Bakıya gətirə bilər

"Ridli Skott və Ceyms Kemerona bundan da artıq hörmət edəcəyimə inanmıram, çünki onlar kinematoqraf aləminin tanrılarıdır" Pol V.S. Anderson Pol Anderson "Hannibal" kimi filmlərin müəllifi Ridli Skott qədər məşhur olmasa və yaxud Ceyms Kemeron kimi "Titanik"-ə görə Oskar mükafatını almasa da, yavaş-yavaş və rahat şəkildə Hollivud zirvəsini fəth etmişdir.

"Resident Evil" (Şər Məskəni) kult kompüter oyununun kino versiyası Pol Andersonu dünyaca məşhur etmişdir. Kino həvəskarları "Mortal Kombat" (Ölümcül döyüş) filmini yəqin ki xatırlayırlar. Həmin filmin rejissoru da Pol Andersondur.

Yeri gəlmişkən, son vaxtlar şəhərimizdə Pol Andersonun yaxın zamanda Bakıya gəlib çəkiliş aparacağı barədə gəzən şayiələr doğru çıxıb. Bir neçə gün əvvəl şəhərin ticarət mərkəzlərinin birində onun gəlişini bildirən reklam peyda olub.

Həmin reklama görə, Anderson Bakıya Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti ilə birgə layihə çərçivəsində gələcək. Bildiyiniz kimi, Bakcell İngiltərənin Mançester Yunayted klubu ilə əməkdaşlıq müqaviləsi bağlamışdır. Çox güman ki, Pol Andersonun gəlişi həmin layihə ilə bağlıdır və o, Bakcell-in sifarişi ilə Mançester Yunayted haqqında video çarx çəkəcəkdir.

Bu xəbər həqiqətə oxşayır, lakin Pol Andersonun hal-hazırda bir neçə layihə üzərində işlədiyini nəzərə alaraq, onun Bakıya gəlişinin əsas səbəbi hələ də məlum deyil. Buna baxmayaraq, dünyaca məşhur olan rejissorun Bakıya olan marağı olduqca sevindirici bir haldır. Və onun ulduz həyat yoldaşını bütün layihələrdə çəkmək adətini yada salsaq, Milla Yovoviçin də Bakıya gəlməsi istisna olunmur.

Ümumiyyətlə desək, Andresonun bioqrafiyasının ən maraqlı faktı onun rejissor uğurları yox, filmin ulduzu Mila Yovoviç ilə evlənməsi olub. Brüs Uillisin iştirakı ilə çəkilmiş "Beşinci Element" filmindən sonra məşhurluq qazanan Milla, daha sonra keçmiş həyat yoldaşı Lük Bessonun eyni adlı kinosunda Janna D`Ark rolunu oynadı. Milla ümumiyyətlə, həyat yoldaşını seçərkən heç vaxt səhvə yol vermir.

Bunun sübutu, onun 2002-ci ildə Şər Məskəni filminin 1-ci hissəsinin çəkiliş meydançasında Pol Andersona rast gəlməsidir. Məhz bu görüş aktrisa üçün həlledici məqama çevrilib və onun adı ən məşhur ulduzların sırasına yazıldı. Çəkiliş zamanı filmin baş qəhrəman qadını və rejissor arasında başlanmış eşq macərası artıq 10 ildir ki davam etməkdədir.

Bu müddət ərzində Milla filmin beş hissəsində çəkilib, böyük qazanc əldə edib və Pol üçün gözəl Ever Qarbo adlı qızı dünyaya gətirib. Pol isə öz növbəsində "əsl qəhrəmanlar kölgədə qalır" prinsipinə sadiq qalaraq, ulduz xanımının yanında dayanıb, sevdiyi işi ilə, yəni kino ilə məşğul olub.



Baxış sayı: 893

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024