12px13px15px17px
Tarix:10/01/13

“Nokia”: “Biz yalnız “Windows Phone” platformasına “hə” deyirik”

Ola bilər ki “Nokia” şirkəti nə vaxtsa “Android” əməliyyat sistemi ilə işləyən “ağıllı” telefon istehsal etsin? “Nokia” öz direktorunun sözlərini təkzib edib. Belə ki, Stiven Elop srağagün İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibəsində ehtiyatsız davranaraq bildirib ki, şirkət “Android” və ya “HTML5” əsasında qurğu istehsalını istisna etmir.

"Hazırda biz cari ekosistem müharibəsində “Windows Phone” əməliyyat sistemindən (ƏS) əsas silah kimi istifadə edirik. Lakin biz gələcəkdə “HTML 5” və ya “Android” platformasının rolu barədə düşünürük. Hazırda “Microsoft”un məhsullarına “hə” deyirik və onunla əməkdaşlıqdan razıyıq" – “Nokia” şirkətinin direktoru Stiven Elop “El Pais” qəzetinə verdiyi müsahibəsində bildirib.

“Nokia” şirkətinin mətbuat katibi Daq Douson bildirib ki, Elopun müsahibəsi düzgün tərcümə olunmayıb və nəticədə yanlış izaha səbəb olub. Onun sözlərinə görə, Stiven Elopa 2013-cü ildə şirkətin öz ticarət markası altında “Android” smartfon istehsalından 100 faizlik imtina edib-etməyəcəyi barədə sual verilib. Finlandiya şirkətinin məlumatına görə, düzgün tərcümə variantı belədir:

"Biz hazırkı ekosistem müharibəsində “Windows Phone” platforması vasitəsilə mübarizə aparırıq. Lakin biz həmişə bu mübarizənin gələcəyi barədə düşünürük. Gələcəkdə nə baş verəcək? “HTML 5” texnologiyası bu mübarizədə hansı rol oynayacaq? Bəs “Android”? Biz hazırda öz mövqeyimizdə möhkəm durmuşuq və “Windows Phone” platformasına “hə” deyirik" – Elopun orijinal bəyanatı məhz belədir.

Analitiklərin fikrincə, “Nokia” şirkəti əbəs yerə “Android” platforması ilə işləyən “ağıllı” telefon istehsalından imtina edir. "Mən Stiven Elopun məhz “Nokia” şirkəti “Android” platformasından istifadə ehtimalını istisna etmir demək istədiyini düşünürəm. Bu hadisənin cari il və ya gələn il baş verəcəyi digər sualdır.

Şirkətin mətbuat xidmətinin bəraəti “Nokia”nın “Microsoft”la hələ əməkdaşlıqdan imtina etməyə hazırlaşmadığını bildirmək üçün siyasi məqamdır" – “Current Analysis” şirkətinin analitiki Avi Qrinqart belə hesab edir. “Gartner” tədqiqat şirkəti, həmçinin hesab edir ki, ”Nokia” şirkəti nahaq “Android” platformasından istifadə etmir.

“Gartner” tədqiqat şirkətinin analitiki Karolina Milanezinin sözlərinə görə, “Nokia” şirkəti “ağıllı” telefon bazarında 10 faiz bazar payına sahiblənmək üçün bazara müxtəlif istiqamətlərdən yanaşmalıdır.

Emil Hüseynov



Baxış sayı: 756

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024