Tarix:11/01/13
Fonddan "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, ötən ildə DSMF-nin struktur bölmələri tərəfindən etik davranış qaydalarına riayət olunması vəziyyəti dövri olaraq müzakirə edilib və konkret tədbirlər görülüb.
Bu məsələlər fondun orqanlarının hesabat dövrləri üzrə fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr barədə geniş kollegiya iclaslarının, eləcə də ayrı-ayrı şəhər (rayon) şöbələrinin funksional vəzifələrinin icrası vəziyyətinin qiymətləndirilməsinə həsr olunmuş kollegiya iclaslarının əsas müzakirə predmetlərini təşkil edib. «Qeyd olunmalıdır ki, etik davranış qaydalarının pozulması halları üzrə 8 nəfərə xəbərdarlıq, 39 nəfərə töhmət (o cümlədən 29 nəfərə vətəndaş müraciətlərinə əsasən) verilib».
Fonddan bildirilib ki, "Etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər (vicdanlı və mədəni davranış, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, qərəzsizlik və digər etik davranış qayda və prinsiplərini, onlara əməl edilməsi məsələlərini əhatə edən etika, antikorrupsiya məsələləri) üzrə təlimlər Dövlət Sosial Müdafiə Fondu orqanlarının işçilərinin ixtisas səviyyəsinin təkmilləşdirilməsi kurslarının 2012-ci il üzrə tədris planı çərçivəsində həyata keçirilib.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında etik davranış qaydalarına əməl olunması mövzusunda keçirilmiş seminarlarda fondun əməkdaşlarının iştirakı təmin edilib. Dövlət qulluqçularının qeyri-etik davranışı barədə şikayətetmə imkanlarının genişləndirilməsi məqsədilə ərizə və şikayətlər üzrə araşdırmaların aparılması qanunvericiliyə uyğun olaraq həyata keçirilməklə, müraciətlərə baxılması operativ və qısa müddət ərzində təmin olunmuş və dövri olaraq izlənilib.
Bundan əlavə, təsdiq olunmuş qrafikə əsasən fondun sədri, sədr müavinləri, aparatın rəhbəri və şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və bu barədə xüsusi məlumatlandırma lövhəsi qurulmuşdur. 2012-ci il ərzində bilavasitə fondun rəhbərliyi tərəfindən 164 vətəndaş qəbul edilərək, onların müraciətlərinə baxılıb. Eləcə də fond tərəfindən elektronlaşdırma ilə bağlı müəyyən addımlar atılıb. Vətəndaşları maraqlandıran müxtəlif sualların operativ şəkildə cavablandırılması üçün fondun internet səhifəsində "sual-cavab" bölməsinin və fondun aparatında "Mərkəzləşdirilmiş Çağrı Sistemi"nin fəaliyyəti davam etdirilib.
Elektron poçt vasitəsilə daxil olan ərizə və şikayətlərin icrası nəzarətə götürülərək müvafiq tədbirlər görülüb.
SEYMUR
DSMF etik davranış qaydaları üzrə elektronlaşdırma layihələri həyata keçirib
Dövlət qulluqçularının etik davranış qaydalarına riayət olunması Dövlət Sosial Müdafiə Fondunun 2012-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib.Fonddan "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, ötən ildə DSMF-nin struktur bölmələri tərəfindən etik davranış qaydalarına riayət olunması vəziyyəti dövri olaraq müzakirə edilib və konkret tədbirlər görülüb.
Bu məsələlər fondun orqanlarının hesabat dövrləri üzrə fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr barədə geniş kollegiya iclaslarının, eləcə də ayrı-ayrı şəhər (rayon) şöbələrinin funksional vəzifələrinin icrası vəziyyətinin qiymətləndirilməsinə həsr olunmuş kollegiya iclaslarının əsas müzakirə predmetlərini təşkil edib. «Qeyd olunmalıdır ki, etik davranış qaydalarının pozulması halları üzrə 8 nəfərə xəbərdarlıq, 39 nəfərə töhmət (o cümlədən 29 nəfərə vətəndaş müraciətlərinə əsasən) verilib».
Fonddan bildirilib ki, "Etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər (vicdanlı və mədəni davranış, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, qərəzsizlik və digər etik davranış qayda və prinsiplərini, onlara əməl edilməsi məsələlərini əhatə edən etika, antikorrupsiya məsələləri) üzrə təlimlər Dövlət Sosial Müdafiə Fondu orqanlarının işçilərinin ixtisas səviyyəsinin təkmilləşdirilməsi kurslarının 2012-ci il üzrə tədris planı çərçivəsində həyata keçirilib.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında etik davranış qaydalarına əməl olunması mövzusunda keçirilmiş seminarlarda fondun əməkdaşlarının iştirakı təmin edilib. Dövlət qulluqçularının qeyri-etik davranışı barədə şikayətetmə imkanlarının genişləndirilməsi məqsədilə ərizə və şikayətlər üzrə araşdırmaların aparılması qanunvericiliyə uyğun olaraq həyata keçirilməklə, müraciətlərə baxılması operativ və qısa müddət ərzində təmin olunmuş və dövri olaraq izlənilib.
Bundan əlavə, təsdiq olunmuş qrafikə əsasən fondun sədri, sədr müavinləri, aparatın rəhbəri və şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və bu barədə xüsusi məlumatlandırma lövhəsi qurulmuşdur. 2012-ci il ərzində bilavasitə fondun rəhbərliyi tərəfindən 164 vətəndaş qəbul edilərək, onların müraciətlərinə baxılıb. Eləcə də fond tərəfindən elektronlaşdırma ilə bağlı müəyyən addımlar atılıb. Vətəndaşları maraqlandıran müxtəlif sualların operativ şəkildə cavablandırılması üçün fondun internet səhifəsində "sual-cavab" bölməsinin və fondun aparatında "Mərkəzləşdirilmiş Çağrı Sistemi"nin fəaliyyəti davam etdirilib.
Elektron poçt vasitəsilə daxil olan ərizə və şikayətlərin icrası nəzarətə götürülərək müvafiq tədbirlər görülüb.
SEYMUR
Baxış sayı: 988
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet