12px13px15px17px
Tarix:12/01/13

Yeni texnoloji xətt istismara hazırdır

"Dəmiryolservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 24 nömrəli Salyan Rels-qaynaqlama qatarında yeni texnoloji xəttin tikintisi başa çatdırılmış və xətt istismara hazırdır. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, bu münasibətlə Səhmdar
Cəmiyyətin sədr müavini Qurban Nəzirov 24 nömrəli Salyan Rels-qaynaqlama qatarında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub.

Yeni texnoloji xəttin tikintisinə ötən ilin əvvəlindən başlanılıb. Artıq işlər yekunlaşmış və xətt istismara hazırdır. Yeni texnoloji xəttin tikintisi üçün lazım olan avadanlıq Rusiyanın "Pskovelektrosvarka" zavodundan alınıb.

Yeni xəttin tikilib quraşdırılması məqsədilə ilk gündən zavodun baş mühəndisi Yuri Qromov, zavodun beynəlxalq tikinti şöbəsinin müdiri Sergey Korolyov və baş konstruktor Valeri İsayenko Salyanda olublar. Əgər əvvəllər üçnövbəli iş günü ərzində 600 metr rels qaynaq edilirdisə, indi 1200 metr rels qaynaq olunur.

Dəmir yolunda əsaslı təmir işlərinin intensivliyinin artdığı bir vaxtda bu, xüsusilə önəmlidir. "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun yarıdan çoxu artıq əsaslı təmir olunub və hazırda onların 800 metrlik uzunölçülü relslərlə əvəzlənməsi prosesi gedir. Bununla əlaqədar olaraq, 24 nömrəli Salyan Rels-qaynaqlama qatarının bazasının gücləndirilməsi məqsədi ilə bir sıra layihələr həyata keçirilir.

İkinövbəli iş sistemi ilə işləyən kollektivin səyi nəticəsində ötən il ölkədə ilk dəfə 800 metrlik uzunölçülü pletlərin hazırlanıb daşınmasına başlanılıb. Relslər burada 24 nömrəli Salyan Rels-qaynaqlama qatarında 800 metr uzunluğunda qaynaq edilir və xüsusi təyinatlı qatara yüklənərək lazım olan sahəyə daşınır.

Qaynaq işlərini həyata keçirmək üçün Ukraynanın Kaxovka zavodundan "KSM-005" markalı səyyar qaynaq texnikası alınaraq istismara verilmişdir. Yeni texnika həm avtomobil, həm də dəmir yolu üzərində hərəkət edə bilir.



Baxış sayı: 967

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024