12px13px15px17px
Tarix:14/01/13

65 min tələbə kompüter mağazalarında 5 faizdən 50 faizə qədər endirimdən yararlana bilər

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində tələbələrə indiyədək müəyyən güzəştlər verən 65 min tələbə kartı artıq paylanılıb. Kartların paylanılması hazırda da davam edir. Kart sahibi olan tələbə-gənclər ölkənin müxtəlif mağazalarında, əyləncə və alış-veriş mərkəzlərində, kompüter mağazalarında və bu kimi digər yerlərdə 5 faizdən 50 faizə qədər endirim əldə edirlər.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov bildirib ki, kart daşıyıcıları üçün güzəştlərin tətbiq olunduğu bütün obyektlərin vahid kataloqu da hazırlanaraq paylanılır.

Eyni zamanda, tələbə kartı ilə bağlı problemlərin aradan qaldırılması və əlavə məlumat üçün xüsusi "qaynar xətt" (187) də yaradılıb. Qeyd edək ki, "Azərbaycan Tələbə kartı" layihəsi ATGTİ-nin təklifi əsasında Dövlət Gənclər Proqramına daxil edilib. Hazırda bu layihə ATGTİ, Gənclər və İdman və Təhsil nazirlikləri ilə birgə "Xəzər" İnvestisiya Mərkəzi tərəfindən reallaşdırılır.

HƏQİQƏT



Baxış sayı: 959

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024