Tarix:15/01/13
"ICTnews" elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, 2012-ci ilin dekabr ayında proqram təminatının "HR" (İnsan resursları), "Payroll" (Əməkhaqqı), "FI" (Maliyyə), "Treasure" (Xəzinədarlıq) və "OpenText" (Elektron kargüzarlıq) modulları tətbiq edilib. Bu istiqamətlərdə fəaliyyət artıq müvafiq modullarda həyata keçirilir. Hər modul müxtəlif komponentlərdən ibarətdir. Misal üçün, "SAP HR" (İnsan resursları) təşkilati idarəetmə, İşçilərin idarə edilməsi, Vaxtın idarə edilməsi və sair komponentləri özündə birləşdirir.
Layihənin əsas olan 2-ci fazası hazırda yekunlaşmaq üzrədir. "SAP for Banking" proqram təminatının son 8-ci versiyasının digər hissələrinin tətbiqi 2-3 aya tamamlanmalıdır. "Core Banking System" (Hesabların idarə edilməsi, Təminatların idarə edilməsi) və "CRM" (Müştərilərlə əlaqələrin idarə edilməsi) modulları üzrə layihələndirmə, əksər tətbiqi işlər, nizamlanma və ilkin testləşmə yekunlaşıb.
İşçilərin treninqi, yekun testləşmə və məlumatların miqrasiyasından sonra proqramın bu hissələri də tətbiq ediləcək. Dünyanın bir çox aparıcı şirkətləri və bankları "SAP" proqramından istifadə edir. "SAP"-ın tətbiqi bütünlüklə biznes proseslərin optimallaşdırılmasını, avtomatlaşdırılmasını və effektivliyin artırılmasını təmin edir.
Məlumat üçün, 2011-ci ildə "DəmirBank" İT infrastrukturunun müasir tələblərə və artan əməliyyat həcminə uyğunlaşdırılması məqsədi ilə "İT infrastrukturunun yenilənməsi" layihəsini də uğurla həyata keçirib.
İT infrastrukturunun yenilənməsi, mütərəqqi texnologiya və avadanlıqlardan istifadə, "SAP for Banking" proqramının tətbiqi bankın gələcək inkişafına, yeni xidmətlərin tətbiqinə, müştəri xidmətinin yaxşılaşmasına və sair mühüm hədəflərə nail olmağa imkan verəcək. "SAP for Banking" proqramı "DəmirBank"ın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkətinin (FMO) dəstəyi ilə tətbiq edilir.
CAHANGİR
Yerli bank “SAP for Banking” proqram təminatının bir sıra modullarını tətbiq edib
Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq "DəmirBank"da "SAP for Banking" proqram təminatının bir sıra modulları uğurla tətbiq edilib."ICTnews" elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, 2012-ci ilin dekabr ayında proqram təminatının "HR" (İnsan resursları), "Payroll" (Əməkhaqqı), "FI" (Maliyyə), "Treasure" (Xəzinədarlıq) və "OpenText" (Elektron kargüzarlıq) modulları tətbiq edilib. Bu istiqamətlərdə fəaliyyət artıq müvafiq modullarda həyata keçirilir. Hər modul müxtəlif komponentlərdən ibarətdir. Misal üçün, "SAP HR" (İnsan resursları) təşkilati idarəetmə, İşçilərin idarə edilməsi, Vaxtın idarə edilməsi və sair komponentləri özündə birləşdirir.
Layihənin əsas olan 2-ci fazası hazırda yekunlaşmaq üzrədir. "SAP for Banking" proqram təminatının son 8-ci versiyasının digər hissələrinin tətbiqi 2-3 aya tamamlanmalıdır. "Core Banking System" (Hesabların idarə edilməsi, Təminatların idarə edilməsi) və "CRM" (Müştərilərlə əlaqələrin idarə edilməsi) modulları üzrə layihələndirmə, əksər tətbiqi işlər, nizamlanma və ilkin testləşmə yekunlaşıb.
İşçilərin treninqi, yekun testləşmə və məlumatların miqrasiyasından sonra proqramın bu hissələri də tətbiq ediləcək. Dünyanın bir çox aparıcı şirkətləri və bankları "SAP" proqramından istifadə edir. "SAP"-ın tətbiqi bütünlüklə biznes proseslərin optimallaşdırılmasını, avtomatlaşdırılmasını və effektivliyin artırılmasını təmin edir.
Məlumat üçün, 2011-ci ildə "DəmirBank" İT infrastrukturunun müasir tələblərə və artan əməliyyat həcminə uyğunlaşdırılması məqsədi ilə "İT infrastrukturunun yenilənməsi" layihəsini də uğurla həyata keçirib.
İT infrastrukturunun yenilənməsi, mütərəqqi texnologiya və avadanlıqlardan istifadə, "SAP for Banking" proqramının tətbiqi bankın gələcək inkişafına, yeni xidmətlərin tətbiqinə, müştəri xidmətinin yaxşılaşmasına və sair mühüm hədəflərə nail olmağa imkan verəcək. "SAP for Banking" proqramı "DəmirBank"ın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkətinin (FMO) dəstəyi ilə tətbiq edilir.
CAHANGİR
Baxış sayı: 1239
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)