Tarix:17/01/13
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, daha sonra həkimdən testin nəticələrini “iPhone” “ağıllı” telefonuna göndərməyi xahiş etmək lazımdır. Xəstəlik əlaməti aşkar edilməmiş şəxslər “ağıllı” telefonlarını bir-birinə yaxın tutaraq sağlamlıq vəziyyəti haqqında məlumat mübadiləsi həyata keçirə bilərlər.
Şirkət bildirib ki, proqramı aldatmaq və məlumatları saxtalaşdırmaq olmaz, çünki “MedXCom” sisteminə yalnız lisenziyalı tibbi əməkdaşlar çıxış imkanına malikdir. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, ölkə ərazisində hər il cinsi yolla keçən təxminən 19 milyon yeni yoluxma halı qeydə alınır.
Yoluxma hallarının təqribən yarısı 15-24 yaşlı gənclərin üzərinə düşür. “MedXSafe” mobil tətbiqini “AppStore” onlayn mağazasından pulsuz yükləmək olar. Quraşdırma üçün “iOS 5.0” və yuxarı versiya lazımdır.
Emil Hüseynov
Mobil tətbiq zöhrəvi xəstəliklərdən qoruyacaq
“MedXCom” tibb şirkətinin “iPhone” üçün çıxardığı pulsuz proqram təhlükəli cinsi əlaqədən qorunmağa kömək edəcək. Onun iş prinsipi aşağıdakı kimidir: əvvəlcə həkimin yanına getmək və cinsi yolla keçən xəstəliklər baxımından testdən keçmək tələb olunur, bundan sonra “ağıllı” telefona “MedXSafe” proqramını quraşdırmaq lazımdır. Gələcək tərəfdaş da eyni proseduru etməlidir.“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, daha sonra həkimdən testin nəticələrini “iPhone” “ağıllı” telefonuna göndərməyi xahiş etmək lazımdır. Xəstəlik əlaməti aşkar edilməmiş şəxslər “ağıllı” telefonlarını bir-birinə yaxın tutaraq sağlamlıq vəziyyəti haqqında məlumat mübadiləsi həyata keçirə bilərlər.
Şirkət bildirib ki, proqramı aldatmaq və məlumatları saxtalaşdırmaq olmaz, çünki “MedXCom” sisteminə yalnız lisenziyalı tibbi əməkdaşlar çıxış imkanına malikdir. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, ölkə ərazisində hər il cinsi yolla keçən təxminən 19 milyon yeni yoluxma halı qeydə alınır.
Yoluxma hallarının təqribən yarısı 15-24 yaşlı gənclərin üzərinə düşür. “MedXSafe” mobil tətbiqini “AppStore” onlayn mağazasından pulsuz yükləmək olar. Quraşdırma üçün “iOS 5.0” və yuxarı versiya lazımdır.
Emil Hüseynov
Baxış sayı: 938
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)