12px13px15px17px
Tarix:21/01/13

“Windows 8” əməliyyat sisteminə yenilənmənin qiyməti bahalaşıb

2013-cü ilin fevralın 1-dən "Windows 8" əməliyyat sisteminə (ƏS) yenilənmənin qiyməti artacaq. Bu barədə "Microsoft"un rəsmi bloqunda yazılıb. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Windows 8" ƏS-nə yenilənmə 120 dollara, "Windows 8 Professional" üçün isə 200 dollara başa gələcək.

"Windows 8" ƏS-dən "Windows 8 Professional"a yenilənmə üçün 100 dollar ödəmək lazım gələcək. 2012-ci il oktyabrın 26-dan yanvarın 31-dək müddətdə "Windows 8 Professional" ƏS-nə yenilənmə üçün 40 dollar tələb olunurdu. Xatırladaq ki, "Windows 8" ƏS-i 2012-ci il oktyabrın 26-da işıq üzü görüb.

ƏS-nin 4 redaksiyası mövcuddur: "Windows 8", "Windows 8 Professional", "Windows 8 Corporate" və "Windows RT" ("ARM" prosessorı ilə işləyən planşetlər üçün nəzərdə tutulub).

Emil Hüseynov



Baxış sayı: 803

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024