Tarix:24/01/13
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, hesablama düz olsa, indiyə qədər “Android” üçün hazırlanmış təhlükələrin sayı təxminən 3 dəfə artacaq. 2012-ci ilin sonunda “Trend Micro”nun mütəxəssislərinin hesablamasına görə, “Google”-un mobil platformasına hücum üçün nəzərdə tutulmuş təxminən 350 min zərərli və təhlükəli tətbiq mövcuddur.
Qeyd edək ki, 3 il ərzində “Android”-virusların sayı fərdi kompüter seqmentində yalnız 14 ildən sonra qeydə alınmış göstəriciyə çatıb. “Trend Micro” şirkətinin kibertəhlükəsizlik sahəsində aparılan tədqiqatlar üzrə vitse-prezidenti Rik Ferquson bildirib ki, kibercinayətkarlar fəaliyyət coğrafiyasını genişləndirməyə və daha təkmil hücumlardan istifadə etməyə başlayıblar.
"Təhlükəsizlik sistemləri üzrə istehsalçılar bundan sonra da bu tendensiyaları izləməli və onları qabaqlamalıdırlar" – Rik Ferquson xəbərdarlıq edib.
Emil Hüseynov
2013-cü ilin sonuna “Android” üçün 1 milyon təhlükə olacaq
Dünyanın aparıcı antivirus istehsalçılarından biri olan “Trend Micro” şirkətinin proqnozuna görə, 2013-cü ilin sonuna “Android” platforması ilə işləyən mobil qurğulara hücum edəcək zərərli proqramların sayı 1 milyona çatacaq.“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, hesablama düz olsa, indiyə qədər “Android” üçün hazırlanmış təhlükələrin sayı təxminən 3 dəfə artacaq. 2012-ci ilin sonunda “Trend Micro”nun mütəxəssislərinin hesablamasına görə, “Google”-un mobil platformasına hücum üçün nəzərdə tutulmuş təxminən 350 min zərərli və təhlükəli tətbiq mövcuddur.
Qeyd edək ki, 3 il ərzində “Android”-virusların sayı fərdi kompüter seqmentində yalnız 14 ildən sonra qeydə alınmış göstəriciyə çatıb. “Trend Micro” şirkətinin kibertəhlükəsizlik sahəsində aparılan tədqiqatlar üzrə vitse-prezidenti Rik Ferquson bildirib ki, kibercinayətkarlar fəaliyyət coğrafiyasını genişləndirməyə və daha təkmil hücumlardan istifadə etməyə başlayıblar.
"Təhlükəsizlik sistemləri üzrə istehsalçılar bundan sonra da bu tendensiyaları izləməli və onları qabaqlamalıdırlar" – Rik Ferquson xəbərdarlıq edib.
Emil Hüseynov
Baxış sayı: 824
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)