12px13px15px17px
Tarix:28/01/13

Elektron KİV-də işləyən jurnalistlər üçün yeni kitab nəşr olunub

Bakı Dövlət Universitetinin “Beynəlxalq jurnalistika” kafedrasının müəllimi, tarix elmləri namizədi İlham Mazanlının “Jurnalistika və müasir dövrün qlobal problemləri” adlı dərs vəsaiti nəşr olunub.


Bu barədə "ICTnews" elektron xəbər xidmətinə BDU-nun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, dərs vəsaiti jurnalistika və pablikrileyşnz ixtisasları üzrə təhsil alan tələbələrə, qəzet və jurnal redaksiyalarında, elektron KİV-də işləyən jurnalistlərə, sahə mütəxəssislərinə, eyni zamanda korporativ qruplara və geniş oxucu kütləsinə ünvanlanıb və müasir dövrün qlobal problemlərinin KİV-də işıqlandırılması məsələlərinin araşdırılması istiqamətində atılan ilk addımlardan biridir.

SEYMUR



Baxış sayı: 2759

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024