12px13px15px17px
Tarix:30/01/13

“Elektron növbəlilik” sisteminin tətbiqinə başlanılıb

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) ərazi qeydiyyat idarələrində "elektron növbəlilik" sisteminin tətbiqinə başlanılıb. "ICTnews" elektron xəbər xidmətinə komitədən bildirilib ki, işçilərin peşəkarlıq səviyyəsinin və bacarıqlarının artırılması, xidmət standartlarının yüksəldilməsi sahəsində ardıcıl tədbirlər görülüb.

Həmçinin, elektron sənəd dövriyyəsi sistemi tətbiq edilir: "Vətəndaşların daşınmaz əmlaklarının qeydiyyatının daha rahat və operativ qaydada aparılması məqsədilə artıq yerli qeydiyyat idarələrində sənəd qəbulu həftənin bütün iş günlərində və iş gününün sonunadək həyata keçirilir.

Bundan başqa, 2012-ci ildə daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşdirilməsi məqsədini daşıyan dövlət qeydiyyatı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülüb.

Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestri xidmətinin sadələşdirilməsi ilə bağlı qanun layihəsi hazırlanıb, hökumətə təqdim edilib.

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinə dair Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Kredit Sazişinin icrası ilə bağlı tədbirlər davam etdirilib".

HƏQİQƏT



Baxış sayı: 1023

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024