12px13px15px17px
Tarix:30/01/13

Daşınmaz əmlak idarəçiliyi və qeydiyyatı sahəsində elektron xidmətlər genişləndirilir

Respublika prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı 2013-cü il üçün İllik iş planı təsdiq edilib və müvafiq tədbirlərin yerinə yetirilməsinə başlanılıb.

"ICTnews" elektron xəbər xidmətinə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, 2012-ci ildə "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanın icrası istiqamətində komitə tərəfindən müvafiq işlər həyata keçirilmişdir.

Belə ki, artıq komitə tərəfindən bir sıra fəaliyyət istiqamətləri üzrə, o cümlədən daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması, müsadirə edilmiş əmlakın satışı ilə bağlı da keçirilən hərraclarda iştirak etmək üçün elektron xidmətlər tətbiq edilir.

Hazırda komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi və qeydiyyatı sahəsində əhaliyə, fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, yalnız ötən il ərzində Bakı şəhəri və respublikanın müxtəlif regionlarından daxil olmuş 1600-ə yaxın elektron müraciət qeydə alınmış və icra edilib.

HƏQİQƏT



Baxış sayı: 1111

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024