12px13px15px17px
Tarix:01/02/13

İntellekt mövcud deyil?

Alimlər yeni tədqiqatların nəticələrinə əsaslanaraq qərara almışlar ki, intellektin ölçülməsi, xüsusilə IQ test yoxlaması səhv fikirdir və heç bir məna kəsb etmir.

"ICTnews.az" elektron xəbər xidməti Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən bildirir ki, onlayn rejimdə həyata keçirilən və 100 mindən çox insan üzərində aparılan tədqiqatlar Yer kürəsinin bütün nöqtələrini əhatə etmişdir.

Respondentlərə 12 koqnitiv diqqət, düşüncə, yaddaş testindən keçmək, həmçinin ailə və həyat tərzi haqqında sorğu vərəqəsini doldurmaq xahiş olunmuşdur. Nəticələrin gözlənilməz olduğunu deyən layihənin baş tədqiqatçısı Adrian Ouen tədqiqatlarda bir neçə yüz respondentin iştirak edəcəyi güman olunduğu halda, minlərlə müxtəlif mədəniyyət, dinlər və yaşlardan olan minlərlə insanın iştirak etdiyini qeyd etmişdir.

Tədqiqatın nəticələri göstərdi ki, müşahidə edilən dəyişikliklər ən azı üç müxtəlif amillə izah oluna bilər: qısamüddətli yaddaş, düşüncə və şifahi komponentlər. Bu komponentlər arasında hər şeyi təkbaşına izah edə bilən komponentə rast gəlinməyib.

Bundan başqa, alimlər koqnitiv yaddaşda fərqlərin müxtəlif beyin sxemləriylə təyin edildiyini təsdiq etmək üçün maqnit-rezonans tomoqrafiyadan istifadə etmişlər. Deməli, vahid anlayış kimi "intellekt" mövcud deyil, lakin qabiliyyətlərin bir-birindən asılı olmadan işləyən və bütöv şəkli formalaşdıran bir neçə tipi var.

Bu bildirir ki, İQ testlər həqiqətən səhvdir və reallığı əks etdirmir. Alimlər yaş, cins və kompüter oyunlarına meylin koqnitivlik qabiliyyətinə təsir etməsi qanunauyğunluğunu aşkar etmişlər. Qəribə orasıdır ki, müntəzəm məşqlər onlar üçün əhəmiyyətli deyil.

Lakin qocalığın yaddaşa və mühakimə qabiliyyətinə bəzən mane olduğu söylənilir. Kompüter oyunlarını oynayan insanlar qısamüddətli yaddaş cəhətdən müsbət nəticələr göstərirlər. Siqaret çəkənlərdə qısamüddətli yaddaş, əksinə, daha pis nəticələr verir. Narahatlıqdan əziyyət çəkənlər ən pis qısamüddətli yaddaş göstəricilərinə malikdir.

Nəticələr "Neuron" jurnalında "İnsan intellektinin fraksiyalaşdırılması" adlı məqalədə dərc edilmişdir.

Emil Hüseynov



Baxış sayı: 867

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024