12px13px15px17px
Tarix:04/02/13

Bu gün Lütfi Zadənin 92 yaşı tamam olur

Lütfi Zadə - dünya şöhrətli alim, dahi mütəfəkkir!

Onun dünya elmi üçün gördüyi işlərin miqyası o qədər böyükdür ki, haqlı olaraq adı İsaak Nyuton, Albert Eynşteyn, Ernest Rezerford, Blez Paskal və başqaları ilə bir sırada çəkilir. Bunun nəticəsidir ki, alman alimi Maks Plankdan sonra dünyada hələ sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəzi olan ikinci alimdir. Müəllifi və yaradıcısı olduğu 6 mühüm nəzəriyyə dünya elminə inanılmaz töhfələr bəxş edib.

Sevindirici haldır ki, onun dünya elminə ərmağan etdiyi qeyri-səlis məntiq nəzəriyyəsi elm ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və ən yüksək və ali mükafatlara layiq görülür. Bu dahi şəxsiyyətin səmərəli fəaliyyəti Azərbaycan dövləti və şəxsən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən də yüksək qiymətləndirilib, elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərə görə "Dostluq" ordeni ilə təltif edilib.

Bu gün onun müəllifi olduğu nəzəriyyələr sayəsində milyardlar qazanan böyük dövlətlər və şirkətlər də onu müxtəlif mükafatlar və fəxri adlarla təltif ediblər. Bu adların içərisində O, bütün soydaşlarımızın, türk dünyasının qəlbini qürur hissi ilə dolduran daha bir ada sahibdir. - AZƏRBAYCANLI.

Əminik ki, bu ad aldığı bütün mükafat və adlardan daha şərəfli və daha əzizdir. Biz Sizinlə həmvətənli olmaqdan qürur hissi duyuruq!



Baxış sayı: 1861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024