Tarix:04/02/13
Müqayisə üçün qeyd edək ki, 2012-ci il noyabrın sonunda bu sistemin payı 1.09, dekabrda isə 1,72 faiz təşkil etmişdi. Xatırladaq ki, “Windows 8”-in ticari versiyası oktyabrın 26-da bazara çıxarılıb. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Windows 7” ƏS bazarının lideridir: onun bazar payı 44,4 faiz təşkil edir. 39,5 faiz göstəriciyə malik “Windows XP” ikinci yerdə qərarlaşıb.
“Windows Vista” (5.24 faiz) üçüncüdür. “Windows 7” ilə müqayisədə “Windows 8”-in vəziyyəti heç də yaxşı deyil. Belə ki, 2009-cu ilin oktyabrında istifadəyə verilmiş “Windows 7” ƏS-in 2010-cu ilin fevralında bazar payı artıq 7,71 faizə bərabər idi. “Net Applications” bildirib ki, cari bazar tendensiyasına görə, “Windows 8” kəskin şəkildə deyil, tədricən artacaq.
Emil Hüseynov
“Windows 8”-in mövcudluğu hələ ki hiss olunmur
“Net Applications” tədqiqat şirkətindən verilmiş məlumata əsasən, “Windows 8” əməliyyat sistemi (ƏS) hələ ki fərdi kompüter bazarına o dərəcədə təsir göstərmir. Şirkətin məlumatına əsasən, cari il yanvarın sonuna “Windows 8“-in əməliyyat sistemləri bazarında payı 2,26 faizə çatıb.Müqayisə üçün qeyd edək ki, 2012-ci il noyabrın sonunda bu sistemin payı 1.09, dekabrda isə 1,72 faiz təşkil etmişdi. Xatırladaq ki, “Windows 8”-in ticari versiyası oktyabrın 26-da bazara çıxarılıb. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Windows 7” ƏS bazarının lideridir: onun bazar payı 44,4 faiz təşkil edir. 39,5 faiz göstəriciyə malik “Windows XP” ikinci yerdə qərarlaşıb.
“Windows Vista” (5.24 faiz) üçüncüdür. “Windows 7” ilə müqayisədə “Windows 8”-in vəziyyəti heç də yaxşı deyil. Belə ki, 2009-cu ilin oktyabrında istifadəyə verilmiş “Windows 7” ƏS-in 2010-cu ilin fevralında bazar payı artıq 7,71 faizə bərabər idi. “Net Applications” bildirib ki, cari bazar tendensiyasına görə, “Windows 8” kəskin şəkildə deyil, tədricən artacaq.
Emil Hüseynov
Baxış sayı: 889
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)