12px13px15px17px
Tarix:05/02/13

Geologiya İnstitutunda lokal kompüter şəbəkə infrastrukturu yenidən qurulub

AMEA Geologiya İnstitutunda lokal kompüter şəbəkə (LKŞ) infrastrukturunun yenidən qurulması prosesinin başa çatması ilə bağlı təqdimat keçirilib. AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) bildirilib ki, İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev öncə "AzScienceNet" elm kompüter şəbəkəsinin (EKŞ) mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında ətraflı məlumat verib.

TERENA təşkilatının tələblərinə müvafiq olaraq "AzScienceNet" EKŞ-nin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı bir sıra təşkilati-texniki tədbirlərin həyata keçirildiyini bildirib. Bu məqsədlə AMEA institut və təşkilatlarının müasir intellektual kommutatorlar və digər zəruri texniki avadanlıqlarla təchiz olunduğunu, verilənlərin mübadiləsinin sürətləndirilməsi və etibarlığının artırılmasını təmin etmək üçün yeni fiber-optik kabel şəbəkəsinin yaradıldığını nəzərə çatdırıb.

Həmçinin AMEA-nın institut və təşkilatları üçün yeni İnternet xidmətlərinin göstərilməsi işlərindən söhbət açıb. "AzScienceNet"-in idarəetmə sisteminin təkmilləşdirilməsi və infrastrukturunun genişləndirilməsi ilə bağlı kompleks işlərin aparıldığını qeyd edib. Sonra AMEA Geologiya İnstitutunun LKŞ-nin layihəsi təqdim edilib və bu istiqamətdə görülən tədbirlərin başa çatdırıldığı bildirilib.

Qeyd olunub ki, Geologiya İnstitutunun LKŞ-nin intellektual kommutatorlar əsasında yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilib, institutda "Wi-Fi" və "Eduroam" xidmətləri yaradılıb, LKŞ-nin infrastrukturu yenidən qurulub. İnstitutun LKŞ-si fiber-optik kabel vasitəsilə "AzScienceNet" EKŞ-nin qovşağına qoşulub. AMEA Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə institutun LKŞ-nin infrastrukturunun yenidən qurulması işlərinin yüksək səviyyədə həyata keçirildiyini və görülən işlərin qurumun gələcək fəaliyyətinin səmərəli təşkilində, həmçinin institutun alim və mütəxəssislərinin Avropa elmi mühitinə inteqrasiya olunmasında mühüm rol oynayacağını bildirib.

HƏQİQƏT



Baxış sayı: 904

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024