Tarix:06/02/13
Nəqliyyat Nazirliyindən "ICTnews" elektron xəbər xidmətinə bildirilib ki, ümumilikdə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən avtonəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə, həmçinin daşıyıcılar tərəfindən bu rejimə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə nəzarətçi və sürücü kartlarından, rəqəmsal taxoqraflardan istifadə üzrə nəzəri və praktiki biliklərə malik 60 nəfər mütəxəssisin hazırlanması, habelə gələcəkdə yeni qəbul olunmuş işçilərə rəqəmsal taxoqraflardan istifadə üzrə zəruri biliklərin öyrədilməsi məqsədilə 10 təlimçinin hazırlanması nəzərdə tutulub.
Xatırladaq ki, layihə çərçivəsində 2012-ci ilin 24-28 sentyabr və 05-09 noyabr tarixlərində iki təlim proqramı icra olunub, Nəqliyyat Nazirliyi Aparatının aidiyyəti struktur bölmələrinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 40-dan artıq nümayəndəsi bu təlimlərdə iştirak edib. Təlimlərin sonunda test imtahanları keçirilib və imtahanları müvəffəqiyyətlə vermiş iştirakçılara mütəxəssis sertifikatları təqdim edilib.
Layihənin növbəti mərhələsi olaraq 25 fevral – 01 mart tarixlərində beynəlxalq daşımalarda iştirak edən avtonəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə nəzarət və taxoqraf məlumatlarının yoxlanılması üzrə vərdişlərin və təcrübənin yerində öyrədilməsi məqsədilə müvafiq nəzarət məntəqələrində Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Xidməti və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə praktiki təlimlərin təşkil edilməsi nəzərdə tutulur.
SEYMUR
Rəqəmsal taxoqrafla bağlı növbəti treninqlər keçirilib
Avropa Komissiyasının texniki dəstəyi ilə "Avtomobil nəqliyyatı sahəsində rəqəmsal taxoqraflara dair qanunvericiliyin tətbiqi ilə əlaqədar bu sahədə səmərəli nəzarətin təmin edilməsi və nəqliyyat müfəttişləri üçün təlimlərin keçirilməsi" layihəsi çərçivəsində seçilmiş əməkdaşların təlimçi kimi hazırlanması məqsədilə 3 günlük metodiki treninq keçirilib.Nəqliyyat Nazirliyindən "ICTnews" elektron xəbər xidmətinə bildirilib ki, ümumilikdə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən avtonəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə, həmçinin daşıyıcılar tərəfindən bu rejimə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə nəzarətçi və sürücü kartlarından, rəqəmsal taxoqraflardan istifadə üzrə nəzəri və praktiki biliklərə malik 60 nəfər mütəxəssisin hazırlanması, habelə gələcəkdə yeni qəbul olunmuş işçilərə rəqəmsal taxoqraflardan istifadə üzrə zəruri biliklərin öyrədilməsi məqsədilə 10 təlimçinin hazırlanması nəzərdə tutulub.
Xatırladaq ki, layihə çərçivəsində 2012-ci ilin 24-28 sentyabr və 05-09 noyabr tarixlərində iki təlim proqramı icra olunub, Nəqliyyat Nazirliyi Aparatının aidiyyəti struktur bölmələrinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 40-dan artıq nümayəndəsi bu təlimlərdə iştirak edib. Təlimlərin sonunda test imtahanları keçirilib və imtahanları müvəffəqiyyətlə vermiş iştirakçılara mütəxəssis sertifikatları təqdim edilib.
Layihənin növbəti mərhələsi olaraq 25 fevral – 01 mart tarixlərində beynəlxalq daşımalarda iştirak edən avtonəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə nəzarət və taxoqraf məlumatlarının yoxlanılması üzrə vərdişlərin və təcrübənin yerində öyrədilməsi məqsədilə müvafiq nəzarət məntəqələrində Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Xidməti və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə praktiki təlimlərin təşkil edilməsi nəzərdə tutulur.
SEYMUR
Baxış sayı: 993
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet