12px13px15px17px
Tarix:07/02/13

Yeni əməliyyat sistemi ilə işləyəcək “ağıllı” telefonlar tqdim ediləcək

“Ubuntu” əməliyyat sistemi ilə işləyəcək birinci “ağıllı” telefonlar 2013-cü ilin oktyabrında satışa çıxarılacaq. Bu barədə şirkətin direktoru Mark Şatlvorta istinadən “The Wall Street Journal” nəşri məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2013-cü ilin oktyabrında “Ubuntu” ilə işləyən aparatlar iki regiona tədarük ediləcək. Lakin Şattlvort həmin regionları və qurğunun qiymətini açıqlamayıb.

Xatırladaq ki, “Canonical” şirkəti 2013-cü il yanvarın əvvəlində “Ubuntu” mobil əməliyyat sistemini təqdim etmişdi. “Ubuntu” mobil əməliyyat sistemi ilə işləyəcək “ağıllı” telefonlara klaviatura, “siçan” və monitor qoşmaq mümkün olacaq.

Emil Hüseynov



Baxış sayı: 1871

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024