Tarix:11/02/13
"Bu günlərdə Azərbaycanın ilk milli kommunikasiya peykinin orbitə buraxılması xəbəri də bizim böyük sevincimizə səbəb olub. Bu gün respublika televiziyası vasitəsilə yayımlanacaq "Milli Peykimiz" kompozisiyası da bu fərəhin, ölkəmizin salnaməsinə yazılmış yeni tarixi hadisənin yaratdığı böyük əhval-ruhiyyənin təcəssümüdür".
Bildirək ki, kompozisiyanın sözləri, silsilə vətənpərvərlik mahnı və marşlarının müəllifi, əməkdar incəsənət xadimi Abdulla Qurbaniyə, musiqisi isə SSRİ xalq artisti, professor Arif Məlikovun yetirməsi, bəstəkar Nərminə Nağıyevaya məxsusdur. Əməkdar incəsənət xadimi Etibar Kamaloğlunun rejissorluğu ilə reallaşan layihədə televiziyanın C. Cahangirov adına xoru, Əfsər Cavanşirov adına uşaq xoru və digər musiqi kollektivlərinin üzvləri iştirak edirlər.
Bu layihədə səs rejissoru Faiq Babayev də iştirak edib: "Şəxsən fəxr edirəm ki, ilk milli peykimizin orbitə buraxılmasına həsr olunmuş bu musiqi kompozisiyasının solistiyəm. Doğrusu, "İlk milli peykimiz çıxdı orbitə, Sevin, odlar yurdu Azərbaycanım!.." misralarını ifa edəndə sevincim yerə-göyə sığmır".
RƏVAN
Peykimizin şərəfinə mahnı yazıldı
Azərbaycanın ilk milli kommunikasiya peykinin orbitə buraxılmasına həsr olunmuş yeni mahnı yazılıb. Bu barədə məlumatı Azərbaycan Televiziyası və Radiosu Musiqi Kollektivlərinin bədii rəhbəri Ramil Qasımov verib. O bildirib ki, Azərbaycan xalqının və dövlətinin hər bir sahədəki uğuru Azərbaycan Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin də kollektivini sevindirir:"Bu günlərdə Azərbaycanın ilk milli kommunikasiya peykinin orbitə buraxılması xəbəri də bizim böyük sevincimizə səbəb olub. Bu gün respublika televiziyası vasitəsilə yayımlanacaq "Milli Peykimiz" kompozisiyası da bu fərəhin, ölkəmizin salnaməsinə yazılmış yeni tarixi hadisənin yaratdığı böyük əhval-ruhiyyənin təcəssümüdür".
Bildirək ki, kompozisiyanın sözləri, silsilə vətənpərvərlik mahnı və marşlarının müəllifi, əməkdar incəsənət xadimi Abdulla Qurbaniyə, musiqisi isə SSRİ xalq artisti, professor Arif Məlikovun yetirməsi, bəstəkar Nərminə Nağıyevaya məxsusdur. Əməkdar incəsənət xadimi Etibar Kamaloğlunun rejissorluğu ilə reallaşan layihədə televiziyanın C. Cahangirov adına xoru, Əfsər Cavanşirov adına uşaq xoru və digər musiqi kollektivlərinin üzvləri iştirak edirlər.
Bu layihədə səs rejissoru Faiq Babayev də iştirak edib: "Şəxsən fəxr edirəm ki, ilk milli peykimizin orbitə buraxılmasına həsr olunmuş bu musiqi kompozisiyasının solistiyəm. Doğrusu, "İlk milli peykimiz çıxdı orbitə, Sevin, odlar yurdu Azərbaycanım!.." misralarını ifa edəndə sevincim yerə-göyə sığmır".
RƏVAN
Baxış sayı: 844
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet