12px13px15px17px
Tarix:12/02/13

Yeni “İnformatika” vəsaitini istifadəçilərin ixtiyarına verilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən hazırlanmış "İnformatika" vəsaiti işıq üzü görüb. "ICTnews" elektron xəbər xidmətinin komissiyaya istinadən verdiyi məlumata görə, "İnformatika" vəsaiti tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün tərtib edilib.

İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur.

Bu da qəbula hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcək. Qeyd edək ki, vəsaiti TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

CAHANGİR



Baxış sayı: 1093

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024