Tarix:14/02/13
P.Q.Mun müraciətində bildirib ki, 100 il əvvəl ixtira edilən radio insanları əyləndirir, öyrədir və məlumatlandırır, həmçinin bütün dünyada demokratik dəyişiklikləri irəli çəkməyə kömək edir. BMT-nin başçısı əlavə edib ki, münaqişələr şəraitində və böhranlar dövründə radiolar zəif əhali üçün xilasetmə mənbəyinə çevrilib: «Qısadalğalı tezliklərdən tutmuş, peyk vasitəsilə həyata keçirilən radio yayımları insanları birləşdirir, onların harada və hansı şəraitdə olmasından asılı olmayaraq köməyinə çatır».
Pan Qi Mun xatırladıb ki, BMT birinci gündən "bütün dünyada insanların ürək döyüntülərinə qədər bütün qayğılarını eşitdirmək üçün" radiolardan istifadə edir. Onun sözlərinə görə, BMT Radiosu təşkilatın gündəliyinə daxil edilən bütün sualları, məsələləri işıqlandırır:
«Bu radioda uşaqların davamlı inkişafdan tutmuş, dünyanın saxlanılmasının və münaqişələrin qarşısının alınmasına qədər olan bütün məsələlər dinləyicilərə çatdırılır. Biz dünya əhalisini məlumatlandırmaq və onların maraqlarına xidmət etmək üçün çox dillərdə radioverilişlər hazırlayırıq. Bizim radiolarda istifadə etdiyimiz dünyanın zəngin tarixi ilə və innovasiya üsullarıyla fəxr edirik». Ümumdünya Radio Günu münasibəti ilə etdiyi müraciətində YUNESKO-nun baş direktoru İrina Bokova isə bildirib ki, XIX əsrdə radionun yaranması müasir kommunikasiya dövrünün mənşəyi rolunu oynadı:
«Dünya o vaxtdan xeyli dəyişikliklərə məruz qaldı, amma radio əsla (qətiyyən) köhnəlmədi. O, əvvəlki kimi istifadə üçün münasibdir, nisbətən ucuzdur və çox sadədir. Radio vasitəsilə istənilən vaxt, istənilən yerdə bütün informasiyaları almaq mümkündür. Hətta elektrik enerjisi olmayan bölgələrdə belə radio öz sözünü deməyə qadirdir».
Radionun rəqəmli yayım inqilabı nəticəsində öz imkanlarını və əhatə sferasını daha da genişləndirdiyini bildirən İrina Bokovanın qənaətincə, bütün dünyada radiostansiyaların sayı artır: «Radio bizim keçmişimizi dəyişdirdi. Dünyada sülhün möhkəmlənməsində xüsusi əhəmiyyət daşıdı».
SEYMUR
BMT və YUNESKO Ümumdünya Radio Günü ilə bağlı müraciət etdi
Xəbər verdiyimiz kimi, fevralın 13-də Ümumdünya Radio Günü qeyd edildi. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı Birləşmiş Millətlər Təşkilatının birinci katibi Pan Qi Mun və YUNESKO-nun baş direktoru İrina Bokova müraciət edib.P.Q.Mun müraciətində bildirib ki, 100 il əvvəl ixtira edilən radio insanları əyləndirir, öyrədir və məlumatlandırır, həmçinin bütün dünyada demokratik dəyişiklikləri irəli çəkməyə kömək edir. BMT-nin başçısı əlavə edib ki, münaqişələr şəraitində və böhranlar dövründə radiolar zəif əhali üçün xilasetmə mənbəyinə çevrilib: «Qısadalğalı tezliklərdən tutmuş, peyk vasitəsilə həyata keçirilən radio yayımları insanları birləşdirir, onların harada və hansı şəraitdə olmasından asılı olmayaraq köməyinə çatır».
Pan Qi Mun xatırladıb ki, BMT birinci gündən "bütün dünyada insanların ürək döyüntülərinə qədər bütün qayğılarını eşitdirmək üçün" radiolardan istifadə edir. Onun sözlərinə görə, BMT Radiosu təşkilatın gündəliyinə daxil edilən bütün sualları, məsələləri işıqlandırır:
«Bu radioda uşaqların davamlı inkişafdan tutmuş, dünyanın saxlanılmasının və münaqişələrin qarşısının alınmasına qədər olan bütün məsələlər dinləyicilərə çatdırılır. Biz dünya əhalisini məlumatlandırmaq və onların maraqlarına xidmət etmək üçün çox dillərdə radioverilişlər hazırlayırıq. Bizim radiolarda istifadə etdiyimiz dünyanın zəngin tarixi ilə və innovasiya üsullarıyla fəxr edirik». Ümumdünya Radio Günu münasibəti ilə etdiyi müraciətində YUNESKO-nun baş direktoru İrina Bokova isə bildirib ki, XIX əsrdə radionun yaranması müasir kommunikasiya dövrünün mənşəyi rolunu oynadı:
«Dünya o vaxtdan xeyli dəyişikliklərə məruz qaldı, amma radio əsla (qətiyyən) köhnəlmədi. O, əvvəlki kimi istifadə üçün münasibdir, nisbətən ucuzdur və çox sadədir. Radio vasitəsilə istənilən vaxt, istənilən yerdə bütün informasiyaları almaq mümkündür. Hətta elektrik enerjisi olmayan bölgələrdə belə radio öz sözünü deməyə qadirdir».
Radionun rəqəmli yayım inqilabı nəticəsində öz imkanlarını və əhatə sferasını daha da genişləndirdiyini bildirən İrina Bokovanın qənaətincə, bütün dünyada radiostansiyaların sayı artır: «Radio bizim keçmişimizi dəyişdirdi. Dünyada sülhün möhkəmlənməsində xüsusi əhəmiyyət daşıdı».
SEYMUR
Baxış sayı: 902
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet