12px13px15px17px
Tarix:15/02/13

Böyük Adron Kollayderi uzunmüddətli təmirə dayandırılıb

Böyük Adron Kollayderi (BAK) cümə axşamı – fevralın 14-də 2014-cü ilin noyabrında başa çatmalı olan planlaşdırılmış uzunmüddətli təmirlə əlaqədar olaraq işini dayandırıb.

"ICTnews.az" elektron xəbər xidməti "mincom.gov.az" saytına istinadən bildirir ki, İsveçrədə Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) yerləşən BAK ilk növbədə 2012-ci ilin sonunda Hiqqs bozonunun mövcudluğunu sübut edən məlumatlar əldə edildikdən sonra daha da məşhurlaşıb. Lakin bu kollayder ilk dəfə işə salındıqdan sonra aşkar edilən texniki qüsurlar səbəbindən heç vaxt tam gücü ilə işləməyib. Hazırda aparılan təmir işləri kollayderin layihədə nəzərdə tutulan gücdə işləməsini təmin etməlidir.

Modernləşmədən sonra Böyük Adron Kollayderindəki enerji hissəciklərinin sürəti 8 teraelektronvoltdan 13 teraelektronvoltadək artmalıdır. Böyük Adron Kollayderi – çox yüksək enerjinin elementar hissəciklərinin (sinfinə protonlarda aid olan adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide ingilis dilində toqquşma deməkdir) üçün nəzərdə tutulmuş dünyada ən iri qurğudur.

Bu qurğu İsveçrə və Fransa arasındakı sərhəddə (Cenevrə şəhəri) Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) başçılığı altında tikilib.

Emil Hüseynov



Baxış sayı: 898

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024