Tarix:18/02/13
Eyni zamanda məqsəd tələbə, şagird və müəllim heyəti tərəfindən təhsildə informasiya texnologiyalarının daha intensiv şəkildə tətbiqinə nail olmaq, məktəbdə uşaqları informasiya texnologiyaları ilə daha erkən yaşdan maraqlandırmaq, şagirdlərin alqoritmlər və məntiqi təfəkkürünün inkişafı ilə yanaşı, onların informasiya mədəniyyətini formalaşdırmaq, həmçinin yaradıcı potensialını inkişaf etdirmək, informasiya texnologiyasından daha sürətli, yaradıcı formada istifadə edən tələbə və şagirdləri müəyyən etməkdir. Müsabiqəsinin əsas prinsipləri dünyada məşhur olan "Kenquru" riyaziyyat yarışmasından götürülüb.
Amma yarışmalar arasında əsas fərq odur ki, "Bebras" tam kompüterləşmiş və internet vasitəsilə distant şəkildə - onlayn rejimdə həyata keçirilir. Müsabiqənin keçirilməsində vacib şərt məktəblərdə internetə qoşulmuş kompüter otaqlarının olmasıdır. Yarışma internetə çıxışı olan məktəblərin kompüter siniflərinin bazasında və ya fərdi şəkildə uşaqların internetə çıxışı olan şəxsi kompüterləri olduğu halda keçirilir. Məktəblərin bu yarışmada iştirak etməsi üçün əvvəlcədən təşkilatçı müəyyənləşdirilməli, onun vasitəsilə müsabiqənin keçirildiyi "http://bebras.ru/" saytına ərizə ilə müraciət etməli və bunun üçün müəyyənləşdirilmiş xərcləri ödəməlidir. Məktəb təşkilatçıları ilə əlaqə sayt və ya elektron ünvan vasitəsilə aparılır. Nəticələr hər yaş qrupu üzrə ayrıca aparılır.
Müsabiqədə ümumi təhsil və peşə təhsili müəssisələrinin şagirdləri iştirak edə bilər. İştirakçılar 3-4, 5-6, 7-8 və 9-10-cu siniflər üzrə bölünür. Yarışdan sonra hər bir iştirakçı şəxsi qeydiyyat vəsiqəsi ilə müsabiqənin saytına daxil olaraq nəticələrlə tanış ola bilər. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılır. Daha çox iştirakçı cəlb etmiş məktəblər, fəal məktəb təşkilatçıları fəxri fərman və hədiyyələrlə təltif olunur. Müsabiqənin finalı noyabr ayında baş tutacaq.
Qeyd edək ki, "Bebras" (Qunduz) müsabiqəsinin ideyası Vilnüs Universitetinin professoru Valentina Daqen tərəfindən beynəlxalq təşəbbüs kimi irəli sürülüb və müsabiqənin "Qunduz" adlandırılması ideyası onun 2003-cü ildə Finlandiyaya səfəri zamanı meydana gəlib. İnadkar, zəhmətsevərliliyi, məqsədinə çatana qədər cəhd göstərməsi kimi xüsusiyyətləri müsabiqənin də məhz bu ağıllı heyvanın şərəfinə adlandırılması ilə nəticələnib. Beləliklə, ilk müsabiqə 2004-cü ildə Litvada keçirilib.
Hazırda müsabiqədə 21 üzv ölkə (Avstriya, Kanada, Estoniya, Fransa, Macarıstan, Yaponiya, Litva, Polşa, Sloveniya, İsveçrə, Ukrayna, Bolqarıstan, Çex Respublikası, Finlandiya, Almaniya, İtaliya, Latviya, Niderland, Slovakiya, İsveç, Tayvan) iştirak edir. İsrail, Rusiya, Kipr Respublikası, ABŞ, Böyük Britaniya, İspaniya kimi dövlətlərdə də müsabiqənin keçirilməsi nəzərdə tutulur.
Azərbaycan adıçəkilən müsabiqəyə 2013-cü ildə qoşulub. "Bebras" müsabiqəsinin fəaliyyəti Bebras üzrə Beynəlxalq Komitə tərəfindən koordinasiya edilir.
Həqiqət İSABALAYEVA
Azərbaycanlı şagirdlər informatika və informasiya texnologiyaları üzrə beynəlxalq distant müsabiqəyə qoşulacaqlar
Azərbaycanlı şagirdlər "Bebras" İnformatika və informasiya texnologiyaları üzrə beynəlxalq distant müsabiqəyə qoşulacaqlar. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, "Bebras" ("Qunduz", "Bobyor") müsabiqəsinin keçirilməsində əsas məqsəd informasiya və kommunikasiya texnologiyaları sahəsinə marağın artırılması, eləcə də informatika fənninin bütün məktəblilər üçün əsas elm sahəsinə çevrilməsinə xidmət etməkdən ibarətdir.Eyni zamanda məqsəd tələbə, şagird və müəllim heyəti tərəfindən təhsildə informasiya texnologiyalarının daha intensiv şəkildə tətbiqinə nail olmaq, məktəbdə uşaqları informasiya texnologiyaları ilə daha erkən yaşdan maraqlandırmaq, şagirdlərin alqoritmlər və məntiqi təfəkkürünün inkişafı ilə yanaşı, onların informasiya mədəniyyətini formalaşdırmaq, həmçinin yaradıcı potensialını inkişaf etdirmək, informasiya texnologiyasından daha sürətli, yaradıcı formada istifadə edən tələbə və şagirdləri müəyyən etməkdir. Müsabiqəsinin əsas prinsipləri dünyada məşhur olan "Kenquru" riyaziyyat yarışmasından götürülüb.
Amma yarışmalar arasında əsas fərq odur ki, "Bebras" tam kompüterləşmiş və internet vasitəsilə distant şəkildə - onlayn rejimdə həyata keçirilir. Müsabiqənin keçirilməsində vacib şərt məktəblərdə internetə qoşulmuş kompüter otaqlarının olmasıdır. Yarışma internetə çıxışı olan məktəblərin kompüter siniflərinin bazasında və ya fərdi şəkildə uşaqların internetə çıxışı olan şəxsi kompüterləri olduğu halda keçirilir. Məktəblərin bu yarışmada iştirak etməsi üçün əvvəlcədən təşkilatçı müəyyənləşdirilməli, onun vasitəsilə müsabiqənin keçirildiyi "http://bebras.ru/" saytına ərizə ilə müraciət etməli və bunun üçün müəyyənləşdirilmiş xərcləri ödəməlidir. Məktəb təşkilatçıları ilə əlaqə sayt və ya elektron ünvan vasitəsilə aparılır. Nəticələr hər yaş qrupu üzrə ayrıca aparılır.
Müsabiqədə ümumi təhsil və peşə təhsili müəssisələrinin şagirdləri iştirak edə bilər. İştirakçılar 3-4, 5-6, 7-8 və 9-10-cu siniflər üzrə bölünür. Yarışdan sonra hər bir iştirakçı şəxsi qeydiyyat vəsiqəsi ilə müsabiqənin saytına daxil olaraq nəticələrlə tanış ola bilər. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılır. Daha çox iştirakçı cəlb etmiş məktəblər, fəal məktəb təşkilatçıları fəxri fərman və hədiyyələrlə təltif olunur. Müsabiqənin finalı noyabr ayında baş tutacaq.
Qeyd edək ki, "Bebras" (Qunduz) müsabiqəsinin ideyası Vilnüs Universitetinin professoru Valentina Daqen tərəfindən beynəlxalq təşəbbüs kimi irəli sürülüb və müsabiqənin "Qunduz" adlandırılması ideyası onun 2003-cü ildə Finlandiyaya səfəri zamanı meydana gəlib. İnadkar, zəhmətsevərliliyi, məqsədinə çatana qədər cəhd göstərməsi kimi xüsusiyyətləri müsabiqənin də məhz bu ağıllı heyvanın şərəfinə adlandırılması ilə nəticələnib. Beləliklə, ilk müsabiqə 2004-cü ildə Litvada keçirilib.
Hazırda müsabiqədə 21 üzv ölkə (Avstriya, Kanada, Estoniya, Fransa, Macarıstan, Yaponiya, Litva, Polşa, Sloveniya, İsveçrə, Ukrayna, Bolqarıstan, Çex Respublikası, Finlandiya, Almaniya, İtaliya, Latviya, Niderland, Slovakiya, İsveç, Tayvan) iştirak edir. İsrail, Rusiya, Kipr Respublikası, ABŞ, Böyük Britaniya, İspaniya kimi dövlətlərdə də müsabiqənin keçirilməsi nəzərdə tutulur.
Azərbaycan adıçəkilən müsabiqəyə 2013-cü ildə qoşulub. "Bebras" müsabiqəsinin fəaliyyəti Bebras üzrə Beynəlxalq Komitə tərəfindən koordinasiya edilir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1706
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet