12px13px15px17px
Tarix:19/02/13

Dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı ilə bağlı təlim keçiriləcək

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında 12 mart 2012-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən, 2012 - 2013-cü illərdə “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” adlı birgə layihə həyata keçirilir.

Layihə çərçivəsində 19-21 fevral tarixlərində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının nəticəyə əsaslanan monitorinqi və qiymətləndirmə strukturunun, habelə göstəricilərinin formalaşdırılması” mövzusunda təlim keçiriləcək. Təlimin məqsədi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və müvafiq dövlət siyasəti proqramları üçün daha effektiv monitorinq və qiymətləndirmə sisteminin yaradılması, AGDP-nin monitorinq bacarıqlarının gücləndirilməsi, həmçinin gənclərin inkişafı və milli səviyyədə qərarların qəbulu və icrasında gənclərin iştirakının daha da artırılmasıdır.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, tədbirdə Gənclər və İdman, İqtisadi İnkişaf, Təhsil, Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Milli Elmlər Akademiyası, Prezident yanında Gənclər Fondu, eyni zamanda bir sıra gənclər təşkilatlarının, “İrəli” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələrinin iştirakı nəzərdə tutulur.

HƏQİQƏT



Baxış sayı: 817

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024