12px13px15px17px
Tarix:19/02/13

“ASAN”-ın yeni xidmət mərkəzi açılıb

Möhsün Sənani, 21 ünvanında “ASAN xidmət”in yeni xidmət mərkəzi fəaliyyətə başlayıb. Akademik Həsən Əliyev küçəsində avtomobil sıxlığını və müraciət edən vətəndaşların çoxluğunu nəzərə alaraq, yeni ünvanda da vətəndaşlara xidmət göstəriləcək.

Qeyd edək ki, yanvarın 15-dən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 nömrəli “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb.

İlkin mərhələdə paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarının sakinlərinə xidmət göstərilib. “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 adda hüquqi xidmət həyata keçirilir.

RƏVAN



Baxış sayı: 1041

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024