12px13px15px17px
Tarix:19/02/13

Yerli bank “PİN Change” xidmətinə qoşulub

"TuranBank" bütün plastik kart müştərilərinə "Pin Change" xidmətini təqdim edir. "ICTnews" elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, indi "TuranBank"ın plastik kart müştəriləri "Pin Change" xidmətinin köməyi ilə öz plastik kartlarının mövcud Şəxsi Eyniləşmə Nömrəsini (PİN kodu) istədikləri kod ilə dəyişə biləcək.

Bu xidmət həm də müştərinin bir neçə plastik kartı olduğu zaman faydalı olur, çünki bütün plastik kartların müxtəlif PİN kodlarını yadda saxlamaq bir qədər çətin olur. Müştəri PİN kodunu banka gəlmədən şəxsən özü, sutkanın istənilən vaxtı "TuranBank"ın istənilən bankomatında dəyişə bilər.

PİN kodu dəyişmək imkanı məhdudiyyətsizdir. PİN kodu yeniləyərkən təhlükəsizlik baxımından təkrarlanan və ya ardıcıl olan rəqəmləri seçmək və ya bir neçə kart olduğu halda bütün kartlara eyni kodu tətbiq etmək tövsiyə olunmur.

CAHANGİR



Baxış sayı: 862

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024