Tarix:21/02/13
“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, iddiaçılara “Mənim eynəyim olsaydı nə edərdim” mövzusunda qısa (50 sözdən çox olmamaqla) hekayə yazmaq təklif olunur və ona foto və ya videoçarx əlavə etmək olar. Hekayəni “Twitter” və ya “Google+” sosial şəbəkəsində yerləşdirmək və “#ifihadglass” heşteqlə müşayiət etmək lazımdır.
Müsabiqədə iştirak üçün ərizələr fevralın 27-dək qəbul edilir. Ən yaxşı hekayələrin müəllifləri ilə “Google”-un əməkdaşları əlaqə saxlayacaq. Eynəklər müsabiqə iştirakçısına şəxsən təqdim olunmaqla ABŞ-ın 3 şəhərində - Nyu-York, San-Fransisko və Los-Ancelesdə verilir. “Google” sınaqçıların qəbulunun elan edilməsi ilə eyni vaxtda eynəklərin yeni fotoşəkillərini dərc edib və onların imkanlarından bəhs edən videoçarx buraxıb.
“Google” eynəkləri (eynək adlandırılmasına baxmayaraq, qurğuda optik şüşə yoxdur) miniatür şəffaf ekranla təchiz olunub.
Ekranda təsvir edilən informasiya istifadəçinin gördüyü şəkildə real dünyaya ötürülür, buna görə “Glass” - “əlavə reallıq eynəkləri” adlandırılır. Qurğu “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və internetə çıxış üçün smartfon və ya planşet kompüterdən istifadə edir.
Emil Hüseynov
Bir eynəklə xəyallarını reallığa çevir
“Google” şirkəti 2012-ci ildə təqdim edilən “Glass” əlavə reallıq eynəkləri üçün sınaqçıların müsabiqəsini elan edib. Sınaqçı kimi müsabiqədə iştirak etmək istəyənlər bir sıra tələblərə cavab verməlidirlər. Burada ABŞ ərazisində yaşama, yaşın 17-dən yuxarı olması, eynəyi 1500 dollara almağa hazır olmaq kimi tələblər yer alıb.“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, iddiaçılara “Mənim eynəyim olsaydı nə edərdim” mövzusunda qısa (50 sözdən çox olmamaqla) hekayə yazmaq təklif olunur və ona foto və ya videoçarx əlavə etmək olar. Hekayəni “Twitter” və ya “Google+” sosial şəbəkəsində yerləşdirmək və “#ifihadglass” heşteqlə müşayiət etmək lazımdır.
Müsabiqədə iştirak üçün ərizələr fevralın 27-dək qəbul edilir. Ən yaxşı hekayələrin müəllifləri ilə “Google”-un əməkdaşları əlaqə saxlayacaq. Eynəklər müsabiqə iştirakçısına şəxsən təqdim olunmaqla ABŞ-ın 3 şəhərində - Nyu-York, San-Fransisko və Los-Ancelesdə verilir. “Google” sınaqçıların qəbulunun elan edilməsi ilə eyni vaxtda eynəklərin yeni fotoşəkillərini dərc edib və onların imkanlarından bəhs edən videoçarx buraxıb.
“Google” eynəkləri (eynək adlandırılmasına baxmayaraq, qurğuda optik şüşə yoxdur) miniatür şəffaf ekranla təchiz olunub.
Ekranda təsvir edilən informasiya istifadəçinin gördüyü şəkildə real dünyaya ötürülür, buna görə “Glass” - “əlavə reallıq eynəkləri” adlandırılır. Qurğu “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və internetə çıxış üçün smartfon və ya planşet kompüterdən istifadə edir.
Emil Hüseynov
Baxış sayı: 793
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet