12px13px15px17px
Tarix:22/02/13

2012-ci ildə Çinin elmi araşdırmalara xərcləri 160 milyard dolları ötüb

2012-ci ildə Çinin elmi araşdırmalara xərcləri 1,02 trilyon yuan (162 milyard dollar) olub ki, bu da 2011-ci ilin göstəricisindən 17.9 faiz çoxdur. Bu barədə Çin Xalq Respublikasının (ÇXR) Dövlət Statistika İdarəsinin hesabatında qeyd edilib.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Biz elm sahəsinə yatırdığımız sərmayənin həcminə görə artıq inkişaf etmiş ölkələrə çox yaxınlaşmışıq" – ÇXR-in Elm və texnika nazirinin müavini Sao Szyanlin bu məsələyə öz münasibətini bildirib.

O vurğulayıb ki, ötən illər ərzində ölkədə verilən patentlərin sayı əhəmiyyətli dərəcədə artıb. 2012-ci ilin yekununa görə, patentlərin sayı 217,1 min sertifikata qədər artıb. Sao Szyanlin nəzərəçarpan inkişafa baxmayaraq, bəzi çatışmazlıqları da qeyd edib. "Əvvəlki kimi elmi kəşflərin kommersiyalaşdırılması üçün effektiv mexanizm yaradılmayıb, şirkətlər isə onları, demək olar ki, tətbiq etmirlər" – deyə o qeyd edib.

Emil Hüseynov



Baxış sayı: 966

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024